Sosial
“Azərişığ”a ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olundu - Fotolar
“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində ISO beynəlxalq standartları üzrə sertifikatların təqdimatı mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək “Azərişıq” ASC-də ISO beynəlxalq standartları üzrə keçirilən təlimlərdən bəhs edib.
Bildirib ki, bu təlimlərin keçirilməsi Səhmdar Cəmiyyət tərəfindən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin təmin olunması, ətraf mühitin qorunmasında mühüm rol oynayır.
Qeyd edək ki, “General Consulting Co” Sertifikatlaşdırma Orqanı tərəfindən “Azərişıq” ASC-nin fəaliyyətinin ISO beynəlxalq standartlarının tələblərinə uyğunluğu təsdiqlənib.
Təqdimat mərasimində Səhmdar Cəmiyyət ISO 9001:2015 - “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001:2015 - “Ətraf Mühitin İdarə Edilməsi Sistemi”, həmçinin “Müştəri Məmnuniyyəti və Şikayətlərin İdarə Edilməsi Sistemi” üzrə ISO 10002:2018 standartlarına uyğun müvafiq sertifikatlarla təltif olunub.



-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR













.jpg)




















.jpg)
