Sosial
Maya dəyəri 4 manat 40 qəpik olan mal əti bazarda niyə 3-4 dəfə baha satılır? - VİDEO
Ölkədə mal ətinin maya dəyərindən 3 dəfə baha satıldığı iddia edilir..
Publika.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ölkədə iribuynuzlu mal-qaranın ətinin maya dəyəri 4 manat 40 qəpik təşkil edir. Həmçinin mal ətinin topdansatış qiymətinin 5 manat 10 qəpik olduğu da göstərilib.
Bəs belə olan halda niyə mal əti alıcılara bundan 3-4 dəfə baha təklif edilir?
Fermerlər bildirirlər ki, heyvanın bəslənməsi və ət istehsalı ilə əlaqədar xərclər artdıqca, satış qiymətlərinin də yüksəlməsi qaçılmaz olur. Onların sözlərinə görə, qeyd edilən statistik rəqəmlər real deyil.
İqtisadçı-ekspert Xalid Kərimli bu fərqin əsas səbəblərini satış xərcləri, daşınma, emal ilə əlaqələndirir. Ekspertin sözlərinə görə, sözügedən bu qiymət məhsulun maya dəyəridir. Ümumi xərclər isə daha çoxdur.
Dövlət Statistika Komitəsi eyni dövr üçün mal ətinin pərakəndə satış qiymətini də açıqlayıb. Məlumata görə, mal ətinin topdansatışı 5 manat 10 qəpik olduğu dövrdə mağazalarda satılan sümüklü mal ətinin qiyməti 14 manat, sümüksüzün isə 16 manat 30 qəpik təşkil edib.
-
Sosial20:36"5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs danışdı / VİDEO
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?


































