Sosial
“Unibank” və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
“Unibank” KB ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
“Unibank”ın İdarə Heyətinin sədri Fərid Abuşovla UNEC rektoru, professor Ədalət Muradov arasında imzalanan memorandum bankla universitet arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, təhsil və bank sahəsində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, biznes proseslərində təhsil və informasiya texnologiyalarının tətbiqi, birgə seminar, treyninq, konfrans və digər tədbirlərin təşkili, bankda tələbələrə təcrübə imkanının yaradılması, sosial layihələrin işlənməsi və digər istiqamətləri nəzərdə tutur.
Əməkdaşlıq memorandumunu yüksək qiymətləndirən “Unibank” sədri Fərid Abuşov UNEC-lə əməkdaşlığın perspektivlərini qeyd edərək, bankın universitet tələbələrinin peşəkar mütəxəssis kimi yetişməsində, bank əməkdaşı bacarıqlarının öyrədilməsində dəstək olacağını qeyd edib.
Fərid Abuşov bildirib ki, ölkə bank sektorunda ən yaxşı bank məktəbləri sırasında olan “Unibank” peşəkar bank əməkdaşlarının yetişdirilməsində uzun illərə dayanan təcrübəyə malikdir. Əməkdaşlıq memorandumu UNEC tələbələrinin öz təhsil biliklərini bu dəyərli təcrübə əsasında daha da dərinləşdirməyə imkan yaradacaq.
UNEC haqqında ətraflı məlumat verən rektor Ədalət Muradov, universitetdə son illərdə həyata keçirilən yeniliklərdən, universitetin hədəflərindən söz açıb. Real sektorla birbaşa ünsiyyətin əmək bazarının öyrənilməsi və təhsilin bu tələblərə uyğunlaşdırılması baxımından vacibliyini vurğulayan rektor, bu əməkdaşlığın hər iki qurumun fəaliyyətinə müsbət təsirinin olacağına inandığını bildirib. “Unibank”la əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən rektor maliyyə sektoru ilə universitetin uzun müddətdir davam edən sıx əməkdaşlıqları və bu istiqamətlərdə görülən işlər barədə məlumat verib.
Görüşdə gələcəkdə həyata keçirilməsi mümkün olan birgə layihələrdən də danışılıb.
-
Dünya07:35Qırmızı dənizdə böyük savaş qoxusu - Türkiyə donanması səhnəyə çıxır
-
Sosial06:46Komitə rəsmisindən valideynlərə xəbərdarlıq
-
Magazin203:43"Çukur"un aktrisası ailə qurdu: gəmidə nikah mərasimi... - Foto
-
Qoroskop01:20Günün ulduz falı: iş həyatınızda müsbət irəliləyişlər olacaq
-
İdman7 Avqust 23:35Rusiya məşhur klubun stadionunu bombaladı - Video
-
Hadisə7 Avqust 22:04Kanalda boğulan 15 yaşlı yeniyetmənin fotosu - Yeniləndi
-
Magazin17 Avqust 20:00Ceki Çan Bakıdakı çəkiliş zamanı zədələndi - Foto
-
Kriminal7 Avqust 19:20Polis erkən nikahın qarşısını aldı



























.jpg)








