Sosial
Qaradağda əməliyyat: Saxlanılan var
Qaradağ rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən və mağazalardan oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Publika.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən Nahid Quliyev tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, N.Quliyev tanışına məxsus torpaq sahəsinə və fərdi evə çıxarış almağa kömək edəcəyi vədi ilə onun 8400 manat pul vəsaitini ələ keçirib. Həmçinin o, icarəyə götürdüyü “Hunday” markalı avtomobili satacağına dair yalan vəd verərək beh adı ilə digər bir şəxsin 5100 manatını alıb. Onun rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində 2 müxtəlif mağazaya müştəri kimi daxil olmaqla oğurluqlar etməsi və nəticədə zərərçəkənlərə 4287 manat maddi ziyan vurduğu da müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə N.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam etdirilir.
-
Ekopublika.az03:43Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya17 Avqust 18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş









.jpg)




.jpg)






















