Sosial
FHN Şuşada məktəbdə maarifləndirmə tədbiri keçirdi
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Şuşa şəhər 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə məktəb kollektivinə müvafiq biliklərin verilməsi olub.
Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.
-
Nəqliyyat12:40Yük maşınları niyə təhlükə yaradır? - VİDEO
-
İdman12:30Hamı o məşhura dua edirdi, xərçəngə təslim oldu - Foto
-
Yaxın Şərq12:10İrana xüsusi təyinatlı qüvvələrin yeridilməsi müzakirə olundu - Hədəf uran ehtiyatlarıdır
-
ABŞ11:41ABŞ Rusiyaya müraciət etdi: İrana kəşfiyyat məlumatları ötürməyin!
-
Yaxın Şərq11:00İranda atçılıq klubu vurulub, 11 nəfər həlak oldu
-
Yaxın Şərq09:40SEPAH-dan iddia: "Arifcan" bazası vuruldu
-
Avropa08:12Avropada ABŞ səfirliyi qarşısında güclü partlayış
-
Magazin208:00“Victoria's Secret”in mələyi kiçik bikinidə poza verdi - Foto






































