Sosial
QMİ Həccə getmək istəyənlərə müraciət etdi
Həcc ziyarətinə getmək istəyən vətəndaşların Novruz və Ramazan bayramı günlərində sənədlərini təqdim edəcəyi ünvanlar açıqlanıb.
Publika.az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri vətəndaşlara müraciət edib.
O bildirib ki, Həccə sənədlərin qəbulu Novruz və Ramazan bayramı günlərində də davam edəcək:
"Martın 24-29-da QMİ və əməkdaşlıq etdiyimiz bank işləyəcək. Ona görə də vaxtın azlığını nəzərə alaraq, Həccə niyyəti olan vətəndaşlardan sənədlərini təqdim etmələrini xahiş edirik".
25, 26, 27, 28 mart 2025-ci il tarixlərində qeyd edilən saatlarda qeyd edilən ABB filial və şöbələrinə yaxınlaşaraq xidmətlərdən istifadə edə bilərsiniz.
Bakı-Abşeron üzrə: Sumqayıt, Binəqədi, Yasamal, Sabunçu, Əhmədli, Əcəmi, Nizami, ASAN 1, ASAN 2, ASAN 3, ASAN 5 və ASAN 6 mərkəzləri saat 10:00-17:00 arası sənədləri qəbul edəcək.
Bakı-Abşeron üzrə isə Mərdəkan, Suraxanı, Yeni Sumqayıt, Nərimanov, Səbail, Gənclik, Nəsimi, Şərifzadə, Xırdalan və Xətaidə isə sənəd qəbulu saat 10:00-dan 14:00 ABB filiallarında aparılacaq.
Regionlara gəldikdə isə, Gəncə, Şəki, Lənkəran, Şəmkir, Naxçıvan, Tovuz, Mingəçevir, Gəncə Mərkəz və İmişlidəki ABB filiallarında Həccə sənəd qəbulu həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlindək davam edəcək.
Xatırladaq ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
-
Nəqliyyat19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq



















.jpg)





.jpg)









