Sosial
Onların vəzifə yaşı artırıldı
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə qaldırılması təklif olunur.
Həmçinin, Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edə biləcək.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
-
ABŞ19:12Sərçə sayəsində milyonçu oldu
-
Magazin218:48Nəsrin Cavadzadə bu gün onunla evlənir - FOTO
-
ABŞ16:08ABŞ-da faciə - Turnirə gedən klubun oyunçuları qəzada öldü
-
MDB16:00Peskovdan xəbərdarlıq - Kiyevin Rusiyaya hücumları bütün dünyaya zərər verə bilər
-
Region15:43İranda etirazçıların edamı davam edir - 28 yaşlı gənc asıldı(FOTO)
-
ABŞ15:35Trampın reytinqi rekord səviyyədə aşağı düşdü - İran amilinə görə?
-
İqtisadi gündəm14:05Mövsümündən əvvəl satılan meyvələrin qiyməti əl yandırır - VİDEO
-
Magazin213:57Bikinidə foto paylaşan supermodel gündəm oldu - FOTO






























.png)

.jpg)






