Sosial
Müəllimlərə “hinduşkabaş” deyən direktor işdən çıxarıldı
Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb.
Publika.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.
Qeyd edək ki, müəllimlər S. Sarıyevanın onları valideynlərin yanında təhqir etdiyini, müəllimləri “dərs dilənçiləri”, “hinduşkabaş” adlandırdığını bildirmişdilər.
-
Magazin119:10Xalq artistinin müalicəsi nəzarətə götürüldü
-
Nəqliyyat17:48Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
-
Region15:34Paşinyan Rusiyanı şantaj edir - Ermənistana sərt xəbərdarlıq
-
Rəsmi xronika15:11İlham Əliyev Niderlanda yeni səfir təyin etdi
-
Dünya12:20Bu ölkələr hərəkətə keçdi: Rusiya ilə müharibə başlayır?
-
Magazin112:11Xalq artisti reanimasiyaya yerləşdirildi - FOTO
-
MDB11:32Ukraynanın bir günlük müharibə xərci açıqlandı - DƏHŞƏT SAÇAN RƏQƏM
-
İdman10:14Messi həyat yoldaşı ölən xanım jurnalistə nə təklif edibmiş? - Hər şeyi yazdı







.jpg)
.jpg)
.jpg)

.jpg)

.jpg)





















