Sosial
Yüksək pensiya almaq üçün nə etmək lazımdır? - ŞƏRTLƏR AÇIQLANDI
Böyük məbləğdə pensiya almaq üçün "qanuni" işləmək və yaxşı maaş almaq lazımdır.
Publika.az xəbər verir ki, bunu Rusiya Dumasının deputatı Svetlana Bessarab "Lenta.ru"ya bildirib.
O, iqtisadiyyatın real sektorunda və ya dövlət qulluğunda işləməyin daha sərfəli olduğunu vurğulayaraq, “heç bir qeyri-rəsmi sxemsiz və zərfdə maaş almadan qanuni şəkildə işləməlisən” deyib.
Deputat qeyd edib ki, istənilən boz sxemlər işəgötürənin sığorta haqlarının azaldılmış faizini verməsinə gətirib çıxarır və bundan sonra işçinin özü tələb olunan sayda fərdi pensiya əmsallarını almır.
Bundan əlavə, böyük məbləğdə pensiya almaq üçün yüksək maaşa sahib olmaq lazımdır. Bessarab könüllü əmanətlərin formalaşdırılmasını da tövsiyə edib.
"Əgər belə bir imkan varsa, o zaman gələcək üçün könüllü pensiya əmanətləri formalaşmalıdır və dövlət əlavə maliyyələşdirmə ilə 360 min rubla qədər kömək edəcəkdir", - deyə o bildirib.
Onun sözlərinə görə, bəzi işəgötürənlər əlavə sosial paketlər, o cümlədən könüllü əmanətlərin birgə maliyyələşdirilməsi yolu ilə işçilərinə gələcək pensiyalarında köməklik göstərirlər.
Adəm
-
Magazin222:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa22:12Papa əməliyyat olundu
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO








.jpg)























