Sosial
Mədəniyyət Nazirliyində bu şəxslər təlimə cəlb edilir
Mədəniyyət Nazirliyi sisteminə daxil olan, Bakı və Abşeron-Xızı regionlarını əhatə edən musiqi və incəsənət məktəblərində çalışan fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə attestasiya keçirilib.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Attestasiya zamanı komissiya üzvləri tərəfindən 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlərin Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə müvafiq istiqamətlər üzrə təlimlərə cəlb edilməsi nəzərdə tutulur.
Bu məqsədlə müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə aprelin 4-də Bakı Xoreoqrafiya Akademiyasında müzakirə keçirilib. Qeyd edilən kateqoriyadan olan təhsilverənlər üçün təlimlərin məzmunu, müddəti, istiqamətləri və təşkilati məsələlər barədə fikir mübadiləsi aparılıb, gələcək addımlar üçün müvafiq meyarlar müəyyənləşdirilib.
Təlimlər zamanı peşəkar yanaşmanın təmin olunması məqsədilə aparıcı musiqi məktəblərinin müəllimləri, musiqi təmayüllü ali və orta ixtisas məktəblərindən mütəxəssislərin, həmçinin sahə üzrə müstəqil ekspertlərin də prosesə cəlb edilməsi məqsədəuyğun hesab olunub.
Planlaşdırılan təlimlər mədəniyyət təhsili sahəsində keyfiyyətin artırılması və şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli addımdır.
Təlimlərin təşkili ilə bağlı daha ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
-
ABŞ00:27ABŞ çox yaxında Pikaks dağına zərbə endirə bilər
-
Hadisə00:15Şahbuzda baş verən dəhşətli qəzada ölənlərin fotoları - Yeniləndi
-
Magazin14 Sentyabr 19:10Xalq artistinin müalicəsi nəzarətə götürüldü
-
Nəqliyyat4 Sentyabr 17:48Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
-
Region4 Sentyabr 15:34Paşinyan Rusiyanı şantaj edir - Ermənistana sərt xəbərdarlıq
-
Rəsmi xronika4 Sentyabr 15:11İlham Əliyev Niderlanda yeni səfir təyin etdi
-
Dünya4 Sentyabr 12:20Bu ölkələr hərəkətə keçdi: Rusiya ilə müharibə başlayır?
-
Magazin14 Sentyabr 12:11Xalq artisti reanimasiyaya yerləşdirildi - FOTO







.jpg)
.jpg)
.jpg)

.jpg)


.jpg)




















