Sosial
16 yaşlı Nuranənin qətlini bu şəxslər sifariş edib? - Dəhşətli faktlar açıqlandı

Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova həyat yoldaşı Seyidrəsul Talıbzadə tərəfindən xüsusi amansızlıqla qətlə yetirilərək Kür çayına atılıb. Daha sonra isə qızın atasına məlumat verilib. Nuranənin atası İlkin Ələkbərovun sözlərinə görə, qızı azyaşlı olduğu üçün onların rəsmi nikahı olmayıb. Məlumata görə, Seyidrəsul Nurəni 15 yaşı olarkən qaçırıb. Hətta ona təmtəraqlı toy da ediblər.
Övlad itirmək valideyn üçün çox ağırdır, amma təəssüf ki, bəzən övladlarının ölümünə elə birbaşa valideyn səbəb olur. 15 yaşlı uşağı "ər evi"nə göndərən ata, ana ən böyük qatil və cinayətkardır. 15 yaşlı uşağı gözünü açmağa qoymayıb, elmdən, təhsildən uzaqlaşdırıb necə yad evə, yad ocağa göndərmək olar?! Azyaşlı qızı ailə məsuliyyəti ilə necə yükləmək olar?! Bu qədərmi bezmisiniz övladlarınızdan? Bəs həmin azyaşlının məktəb əvəzinə "ər evi"nə getməsindən məktəb direktorunun xəbəri olmayıbmı? Heç maraqlanmayıblarmı ki, bu uşaq niyə məktəbə gəlmir? Ərazi icra nümayəndəsi, bələdiyyə sədri bu hadisədən xəbərdar deyildimi?
Nə vaxta qədər yetkinlik yaşına çatmamış qız övladları qul kimi satılacaq, getdiyi evlərdə işgəncələrə məruz qalacaq? Baş verən bu kimi hadisələrə görə tək bir nəfər - öldürən günahkardır, yoxsa hadisəni bilib susan, azyaşlı qızın evləndirilməsindən xəbərdar olan hər kəs tək-tək cəzalandırılmalıdır ki, oxşar hadisələr yenidən təkrar olunmasın?
Bütün bu suallara cavab tapmaq üçün hüquqşünas Ramil Süleymanovun fikirlərini öyrəndik.
Hüquqşünas Publika.az-a bildirdi ki, ilk olaraq istintaqa cəlb olunacaq şəxs Nuranənin təhsil aldığı məktəbin direktorudur:
“Məsələ ilə bağlı müvafiq dövlət qurumları tərəfindən mütləq şəkildə araşdırmanın nəticəsini gözləmək lazımdır. Qanun pozuntusu ilə bağlı cəzalanacaq şəxslərin dairəsi istintaqdan sonra müəyyən olunacaq. Amma indiki halda hesab edirəm ki, sorğu-suala cəlb olunacaq şəxslərdən birincisi həmin qızın təhsil aldığı məktəbin direktorudur. Bunda əlavə, həmin əraziyə cavabdeh olan kənd icra nümayəndəsi, bələdiyyə sədri, eyni zamanda Daxili İşlər Nazirliyinin müvafiq rayon üzrə polis idarəsinin həmin əraziyə cavabdeh olan sahə müvəkkilidir. Bunların mütləq şəkildə xidməti fəaliyyəti araşdırılmalıdır, sorğu-suala bu şəxslər də cəlb olunmalıdırlar. Çünki bu şəxslər öz ərazisində olan bu kimi neqativ hallarla bağlı məlumatsızdırlarsa, deməli işlərinin başında deyillər. Yaxud işlərinin başındadırlarsa və bu halla bağlı məlumat alıblarsa belə, lazımi qaydada tədbir görməyiblər”.
R. Süleymanov qeyd etdi ki, 28 iyun 2024-cü ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, 176-1 maddəyə görə qadını nikaha məcbur etmək cinayət hesab olunur:
“Bunu həyata keçirən şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə olunur və iki ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər eyni əməl nikah yaşına çatmamış şəxs barəsində törədilmişdirsə, 3 min manatdan 4 min manatadək cərimə və 4 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edək ki, bu əməl az ağır dərəcəli cinayət hesab olunur. Çünki cinayətin törədilməsindən çox müddət keçməyib və istintaq orqanı tərəfindən şəxsin valideynləri istintaqa cəlb olunmaqla barələrində araşdırma aparılıb məhkəməyə təqdim oluna bilər”.
Gülnar Süleymanova

-
Region14:20
Radioaktiv çirklənmə mümkündür - MAQATE xəbərdarlıq etdi
-
MDB14:00
Təbriklər, Tramp! - Medvedev bəzi ölkələrin İrana nüvə silahı verəcəklərini açıqladı
-
Yaxın Şərq12:50
İran İsrailə hücumlarda bu raketdən istifadə etdi - İlk dəfə
-
Yaxın Şərq12:45
İsrailə raket zərbələri endirildi: yaralı sayı 86-ya çatdı - Yeniləndi
-
Ekologiya12:30
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ verildi
-
Dünya10:48
İran BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb etdi
-
Ekologiya10:36
Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?
-
Region10:24
İrandan nüvə obyektlərinin vurulmasına REAKSİYA