Sosial
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Bu barədə Publika.az-a qurumun mətbuat xidmətindən bildirilib.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Daha sonra yarışa start verilib. Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub. Keçirilən yarışda Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələrinin komandaları iştirak ediblər.
Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən, Yasamal rayon 31 nömrəli tam orta məktəb I yerə, Sabunçu rayon 169 nömrəli tam orta məktəb II yerə, Xəzər rayon 117 nömrəli tam orta məktəb III yerə layiq görülüb.
Qeyd edək ki, yarışda ilk 2 yeri tutan komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıblar.
-
Qoroskop01:40Günün ulduz falı: Gözlənilməz hədiyyə sizi sevindirəcək
-
Nida Təhlil 01:01Xameneinin “aradan götürülməsi” – Trampa çıxış yolu təklif edilir
-
Art12 Yanvar 22:28Yüzlərlə tanınmış şəxs qurumdan çıxarılacaq - Fevralın 1-dək vaxt verildi
-
İdman12 Yanvar 21:37“Real Madrid” Xabi Alonso ilə yollarını ayırdı
-
ABŞ12 Yanvar 21:13ABŞ 100 mindən çox vizanı ləğv etdi
-
Sosial12 Yanvar 21:00Bakıda ən ucuz torpaq sahələri - QİYMƏTLƏR
-
İdman12 Yanvar 20:24Dünya çempionunu ürəyindən bıçaqladılar
-
Nida Xəbər 12 Yanvar 18:10Azərbaycanda yeni gömrük yığımları tətbiq ediləcək


















.jpg)
.jpg)

.jpg)












.jpg)
.webp)









