Sosial
Sabahın hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.
-
Dünya15:36Türklər Rusiyanın bu şəhərinə axın edirlər: Səbəb nədir?
-
Sosial14:20AzTV-də dəyişikliklər: Bəzi şöbələr birləşdirilir, islahatlar başlayır
-
Sosial13:49Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi
-
Sosial12:33Pensiya alanlara şad xəbər!
-
Yaxın Şərq11:38Çıxılmaz vəziyyət: İranın gözlənilməz gedişi ABŞ-ın gizli planını alt-üst etdi
-
Dünya10:35Paşinyan xalqa Azərbaycanla bağlı çağırış etdi
-
MDB09:54Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
-
Dünya09:18Məşhur uşaq qidasında siçan zəhəri tapıldı: Azərbaycanda da satılır - FOTO


































