Sosial
Rəqəmsal Marketinq: Gənclər üçün karyera imkanları müzakirə edildi - FOTO

Sentyabrın 25-də Bakıda “Rəqəmsal Marketinq: Gənclər üçün karyera imkanları” adlı panel müzakirəsi baş tutub.
Publika.az xəbər verir ki, tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə keçirilib. Layihənin əsas məqsədi gənclərə rəqəmsal marketinq sahəsindəki mövcud karyera imkanlarını tanıtmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək və bu sahədə şəbəkələşmələrinə dəstək göstərmək olub.
Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Nuranə Rzayeva çıxış ediblər. Çıxışlarda rəqəmsal marketinqin gənclərin karyera inkişafında önəmli rol oynaması, bu sahənin əmək bazarında artan tələbatı və yeni karyera imkanları barədə fikirlər səsləndirilib.
Panel müzakirəsində “marketinq üzrə mütəxəssisi Səhər Quliyeva, marketinq eksperti Saday Alverdiyev, rəqəmsal marketinq müəllimi Tərlan Məmmədli və marketinq mütəxəssisi Ələmdar Manafov spiker qismində çıxış ediblər.
Müzakirələr zamanı spikerlər rəqəmsal marketinqin üstünlükləri, gənclər üçün inkişaf perspektivləri və sahə üzrə tələb olunan əsas bacarıqlar barədə öz təcrübələrini bölüşüblər.
Panel müzakirəsindən sonra keçirilən sual-cavab sessiyasında iştirakçılar spikerlərə suallarını ünvanlayaraq mövzu ətrafında geniş müzakirə aparıblar və onları maraqlandıran məsələlərlə bağlı ətraflı cavab alıblar.
Tədbir gənclərin rəqəmsal marketinq üzrə biliklərini artırmasına, yeni bacarıqlar kəşf etməsinə və sahənin mütəxəssisləri ilə şəbəkələşməsinə imkan yaradıb.
.jpg)




-
İdman09:36
Görün "Neftçi" Abubakara nə qədər maaş təklif edir
-
Region09:23
Daha vacib şəxslərlə görüşürdü: Putin Paşinyanı gecə yarısına qədər gözlədib
-
ABŞ08:24
Tramp Türkiyə nümayəndə heyəti ilə bağlı görün nələr deyib - VİDEO
-
Sosial07:47
Azərbaycanda atalıq məzuniyyətinə görə pul ödəniləcək? - VİDEO
-
ABŞ07:30
ABŞ-dan İNANILMAZ TƏKLİF - Onu nüvə zərbəsi ilə məhv edək
-
Magazin106:16
“Atam istəyirdi ki, oğul nəvəsi olsun” - VİDEO
-
Nida Xəbər 03:43
Azərbaycanlı politoloq Ermənistan səfərindən DANIŞDI - VİDEO
-
Nida Xəbər 01:41
Ramiz Hüseynzadə ölümündən 7 gün öncə Fərdaya nə demişdi? - VİDEO