İdman
PSJ Messi, Neymar və Mbappe ilə niyə uğursuz oldu? - Kabus idi

PSJ-nin sabiq futbolçusu Rafinya Paris komandasının heyətində Lionel Messi, Kilian Mbappe və Neymarın oynadığı dövrdən danışıb.
Publika.az xəbər verir ki, o, Fransa nəhənginin ulduz futbolçulara rəğmən uğursuz olmasının səbəbini açıqlayıb:
“Yay hazırlıq dönəmində, bütün oyunçuların qatıldığı ilk məşqdə dedim ki, bu alınmayacaq. Qapıda Navas və ya Donnarumma olmalı idi. Onlardan biri oynamayacaq və əsəbiləşəcək. Məşqçi ilə mübahisələr, gərginliklər başlayacaq.
Müdafiədə Markinyos, əsas oyunçu, onu heç kim əvəz edə bilməz. Kimpembe, klubun siması və Serxio Ramos. Hər mövqedə ən güclü müdafiəçilər. Hücumda isə Di Mariya, Mbappe, Neymar və Messi. Hansını kənarda saxlayasan? Di Mariyanı? Onun nüfuzuna görə bu, mümkün deyil. Belə heyəti idarə etmək çətindir.
Bu, adlara və səviyyəyə görə dünyanın ən güclü komandası idi, amma eyni zamanda idarə etmək baxımından kabusa çevrilmişdi. Mən o vaxt oynamırdım, sadəcə kənardan izləyirdim”.
Qeyd edək ki, ötən mövsüm PSJ Mbappe, Neymar və Messisiz ilk dəfə Çempionlar Liqasını qazanıb.
Heybət
-
Elm və təhsil20:30
Azərbaycanlı müəllim ilə bağlı ittihamlar saxta imiş...
-
Ekologiya19:42
FHN-dən küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
-
Nəqliyyat19:05
DYP hava ilə bağlı sürücülərə müraciət etdi
-
Ekologiya18:24
Hava ilə bağlı XƏBƏRDARLIQ - Leysan, dolu, qar...
-
Rəsmi xronika18:12
İlham Əliyevin Putinlə təkbətək görüşü keçirildi - VİDEO/YENİLƏNDİ
-
Sosial17:20
Əhalinin nəzərinə: Oktyabrın 10-da...
-
Nida Xəbər 16:11
Putindən qəza açıqlaması: Bütün cavabdeh şəxslər...
-
Nida Xəbər 15:58
Putin əmin etdi: Rusiya Azərbaycana kompensasiya ödəyəcək