Sosial
"Unibank" "BlueOrchard Finance" ilə 23 milyon dollarlıq iki kredit sazişi imzaladı

Azərbaycanın aparıcı özəl banklarından olan “Unibank” KB və İsveçrənin nüfuzlu “BlueOrchard Finance Ltd.” investisiya idarəetmə şirkəti arasında ümumi məbləği 23 milyon ABŞ dolları olan subordinasiya və senior kredit sazişləri imzalanıb.
Publika.az xəbər verir ki, bu vəsaitdən 13 milyon ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə və beynəlxalq tənzimləyici standartlara uyğun olaraq 2-сi kapital kimi tanınacaq.
Yeni kredit sazişi “Unibank”ın kapital mövqeyini daha da gücləndirəcək və bankın strateji hədəflərinə – xüsusilə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin genişləndirilməsinə xidmət edəcək. Bu sahələrdə dayanıqlı maliyyə resurslarına olan tələbatın ödənilməsi Unibank üçün prioritet istiqamətlərdən biridir.
“Unibank” KB-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:
“BlueOrchard-dan subordinasiya krediti cəlb etmək həm ölkəmizə, həm də bankımıza beynəlxalq maliyyə qurumlarının inamını göstərən mühüm göstəricidir. Kapital bazasının möhkəmlənməsi bizə mikro və KOB seqmentlərinə kredit portfelini artırmaq, fərdi sahibkarları və kiçik müəssisələri daha çox dəstəkləmək imkanı verəcək. Bu isə mikro, kiçik və orta sahibkarların kapitala çıxış imkanlarını genişləndirmək istiqamətindəki missiyamızla uyğundur.”
“BlueOrchard Finance Ltd.” şirkətinin Avrasiya üzrə regional direktoru Ketevan Xuskivadze isə qeyd edib:
“Biz Unibank-la əməkdaşlığa başlamaqdan məmnunuq. Unibank real iqtisadiyyatı dəstəkləməyə sadiq olan dinamik maliyyə institutudur. Bu əməliyyat çərçivəsində təqdim olunan maliyyələşdirmə, inkişaf etməkdə olan bazarlarda mikro, kiçik və orta sahibkarlığın kapitala çıxış imkanlarını artırmaq yönündəki missiyamızla tam şəkildə uzlaşır”.
-
Səhiyyə17:15
Oqtay Şirəliyevin yerinə bu şəxs seçildi - FOTO
-
MDB16:58
Putindən AZAL təyyarəsi ilə bağlı açıqlama: Tezliklə...
-
Cənubi Qafqaz16:16
Əliyevlə Paşinyan Düşənbədə nəyi müzakirə edib? - FOTO
-
Rəsmi xronika15:41
İlham Əliyev rəsmi qəbulda iştirak etdi - FOTO
-
Nida Xəbər 13:30
Bakı ilə İrəvan mütləq bunu etməlidir - Paşinyan açıqladı
-
İdman12:40
İntim danışıqları sızdırıldı: Braziliyalı model "Real"ın ulduzunu biabır etdi - FOTOFAKT
-
Rəsmi xronika12:34
Prezident Düşənbədə mühüm iclasda çıxış etdi - YENİLƏNDİ/VİDEO
-
Sosial12:28
Pensiya alanlara şad xəbər!