Sosial
"Azercell"in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!

18–19 oktyabr 2025-ci il tarixlərində Rumıniya Respublikasının təşkilatçılığı ilə keçirilən “Stars of Informatics” beynəlxalq informatika müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər dörd bürünc medal və həvəsləndirici mükafat qazanıblar.
Publika.az xəbər verir ki, 10 ölkədən 120 iştirakçının qatıldığı yarışda Türkiyə Dəyanət Vəqfi liseyinin 10-cu sinif şagirdləri Atilla Mustafa və Ömər Əliməmmədzadə, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Fateh Əhmədzadə və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Əkbər Əhmədov bürünc medala, həmin liseyin 10-cu sinif şagirdi Elay Verdiyev isə həvəsləndirici mükafata layiq görülüblər.
Virtual formatda təşkil edilmiş müsabiqə iki mərhələdən ibarət olub. Hər mərhələdə məktəblilər dörd saat ərzində üç tapşırıq həll edərək analitik düşüncə, alqoritmik problem həll etmə, proqramlaşdırma və vaxtın səmərəli idarə edilməsi kimi bacarıqlarını nümayiş etdiriblər.
2017-ci ildən etibarən “Azercell Telekom” MMC Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesinə dəstək verir. Bu təşəbbüs nəticəsində gənclər müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma olimpiadalarında iştirak edərək ölkəmizə ümumilikdə 108 medal qazandırıblar.
"Azercell" istedadlı gəncləri təbrik edir və onlara gələcək müsabiqələrdə uğurlar arzulayır!
-
Nəqliyyat18:30
Bakıda axşam tıxacı: 13 yol keçilməz oldu
-
Nəqliyyat18:10
Azərbaycanda 71 yaşlı qadın taksi sürür
-
Dünya17:35
Bu ölkədə türk dili və ədəbiyyatı tədris olunacaq
-
Nida Xəbər 16:37
"Səmavi dinlər" layihəsi Vatikanda təqdim edildi
-
İqtisadi gündəm15:52
Yaşayış minimumu bu qədər artırılır
-
İdman15:13
"Qarabağ" "Atletik"ə qalib gəlsə... - Görün futbolçular nə qədər mükafat alacaq
-
Rəsmi xronika14:48
İlham Əliyev Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi - YENİLƏNDİ
-
Rəsmi xronika14:02
Onlara verilən pulun məbləği 50 faiz artırıldı - Prezident təsdiqlədi