Sosial
DYP-dən sürücülərə müraciət - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolayrıcında hərəkətin təşkili ilə bağlı müraciət edib.
Publika.az xəbər verir ki, qurum sürücüləri belə hallarda işıqforun siqnallarını və yol nişanlarını düzgün qiymətləndirməyə, yalnız yolun hərəkət hissələrinin kəsişmələri açıq olduqda hərəkətə başlamağa çağırır.
“Müşahidələr göstərir ki, bəzi sürücülər, xüsusilə hərəkətin sıx olduğu küçə və prospektlərdə yolun kəsişmə hissəsinə yaxınlaşarkən qarşıdakı sahədə nəqliyyat sıxlığı və ya tıxac olmasına baxmayaraq, işıqforun yaşıl işığı yandığı andaca keçid hissəsinə daxil olmağa çalışırlar. Nəticədə nəqliyyat vasitələri işıqforun növbəti siqnalı verilənədək yolayrıcında dayanmağa məcbur qalır ki, bu da digər istiqamətdən hərəkət edən avtomobillərə maneə yaradaraq süni tıxaca səbəb olur.
İşıqforun yaşıl işıq siqnalı yalnız hərəkət hissələrinin kəsişməsi boş olduğu təqdirdə hərəkətə icazə verir. Əgər sürücü kəsişməyə daxil olduqdan sonra dayanmağa məcbur qalacaqsa, yaşıl işıq siqnalı verilmiş olsa da, hərəkətə başlamaq qadağandır. Nəzərə almaq lazımdır ki, belə qayda pozuntuları inzibati məsuliyyət yaratmaqla yanaşı, həm də hərəkət intensivliyinə və təhlükəsizliyə mənfi təsir göstərir. Yaşıl işıq-hərəkət üçün icazədir, amma tıxac varsa -səbirlə gözləmək məsuliyyətli və qanunauyğun davranışdır”-, müraciətdə qeyd olunub.
-
Nida Xəbər 16:37
"Səmavi dinlər" layihəsi Vatikanda təqdim edildi
-
İqtisadi gündəm15:52
Yaşayış minimumu bu qədər artırılır
-
İdman15:13
"Qarabağ" "Atletik"ə qalib gəlsə... - Görün futbolçular nə qədər mükafat alacaq
-
Rəsmi xronika14:48
İlham Əliyev Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi - YENİLƏNDİ
-
Rəsmi xronika14:02
Onlara verilən pulun məbləği 50 faiz artırıldı - Prezident təsdiqlədi
-
Köşə13:06
Abubakarın “Neftçi”yə transferində Adnan Əhmədzadə izi
-
Rəsmi xronika12:58
İlham Əliyev fərman imzaladı
-
Dünya12:40
Türkiyənin yeni pilotsuz təyyarəsi F-35-ləri təhdid edir - İsraildən etiraf