“Report”un 11 yaşı tamam olur
Bizi izləyin

Sosial

“Report”un 11 yaşı tamam olur

Bu gün "Report" İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 11 il ötür.

Publika.az xəbər verir ki, 2014-cü ildə Azərbaycanın media məkanına "Report" İnformasiya Agentliyi daxil olub.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən agentlik ötən 11 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Publika.az olaraq həmkarlarımızı təbrik edir və onlara yeni uğurlar arzulayırıq!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm