Sosial
Azərbaycanda adı olmayan yaşayış məntəqəsi: 300 nəfər rəsmi statusdan kənarda yaşayır
Tovuzda təxminən 300 nəfərin yaşadığı ərazinin adı yoxdur.
Publika.az xəbər verir ki, bu ərazi Qəribli kənd inzibati ərazi dairəsinə tabedir. Sakinlərin sözlərinə görə, burada hələ Sovet dövründən bəri yaşayış mövcuddur. Müstəqillik illərində isə bir qrup ailə dağlıq ərazidən arana köçərək burada məskunlaşıb.
Yaşayış məntəqəsində təbii qaz, elektrik enerjisi, internet və rabitə xətləri mövcuddur. Lakin rəsmi statusunun və adının olmaması, sakinlərin gündəlik həyatını xeyli çətinləşdirir.
Sakinlər bildirirlər ki, əvvəllər burada uşaq bağçası, tibb məntəqəsi fəaliyyət göstərib, lakin indi heç biri yoxdur:
"Kəndimizin nə adı var, nə də statusu. Dəfələrlə müraciət etmişik ki, bu kəndə rəsmi ad verilsin, amma heç bir nəticə yoxdur".
Yaşayış məntəqəsi Qəribli kəndindən təxminən 7 kilometr məsafədədir. Buna görə də sakinlər adi sənəd üçün belə uzaq məsafə qət etməli olurlar. Məktəb olmadığı üçün uşaqlar yaxınlıqdakı 140 saylı kənd məktəbində oxumağa məcburdurlar.
Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, Azərbaycan Respublikasının ərazi quruluşu prinsiplərinə əsasən, kiçik ərazi vahidlərinin daha böyük inzibati vahidlərin tərkibində qalması məqsədəuyğundur. Buna görə də Qəribli kəndinin tərkibində olan həmin yaşayış məntəqəsinin ayrıca kənd kimi tanınması və adlandırılması planlaşdırılmır.
Mövzu ilə bağlı daha ətraflı Xəzər TV-nin videomaterialında:
-
Avropa10:36Süni intellekt naziri “hamilədir”, görün neçə uşaq “doğacaq” - Albaniyada nə baş verir?
-
İdman09:48Dünyanı heyrətə gətirən qadın futbolçu: 8 aylıq hamilədir, amma... - FOTOLAR
-
İqtisadi gündəm09:23Açıqlandı: Gələn ildən pensiya kapitalı bu qədər artırılacaq
-
Hadisə08:49Səngəçalda dağlıq ərazidə köməksiz qalan şəxs belə xilas edildi - Video
-
Magazin207:35Bu görüntüləri yayıb reytinqli serialdan çıxdığını elan etdi - FOTO
-
MDB06:46Sosial mediada LGBT bayrağı paylaşdığı üçün həbs olundu
-
Sağlamlıq06:16Xurmadakı TƏHLÜKƏ: Kimlər uzaq durmalıdır?
-
Qoroskop01:40Günün ulduz falı: Hisslərinizi ifadə etməkdən çəkinməyin!


































.jpg)


