Sosial
Audiovizual Şura bu kanalı cərimələdi
Audiovizual Şura qohumlararası nikahla bağlı toy şənliyi yayımladığına görə "MTV" kanalı barəsində protokol tərtib edərək cərimə olunması üçün məhkəməyə müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb.
Belə ki, sözügedən kanalın efirində 22 oktyabrda, saat 20.31-21.24 arası yayımlanan "Toya gəlmişik" proqramının yayımı zamanı "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 9.3-cü maddəsinin tələbi pozulub.
Həmin proqramın yayımı zamanı bölgələrin birində keçirilmiş, qohumların (xalaqızı və xalaoğlunun) toy məclisi nümayiş etdirilib.
Məlumatda, həmçinin qeyd edilib ki, bir neçə gün əvvəl digər yayımçı tərəfindən bu qəbildən pozuntu halı törədilmiş və Audiovizual Şuranın iclasında həmin yayımçıya xəbərdarlıq olunub. Həmin yayımçıya xəbərdarlıq olunanda bütün yayımçılardan diqqətli olmaları və bu istiqamətdə monitorinqlərin davam edəcəyi bildirilib:
"Həmin haldan bir neçə gün sonra "MTV" kanalında yuxarıda qeyd olunan pozuntu halı baş verib .Məsələnin ciddiliyini nəzərə alaraq və yayımçıların bu məsələyə bir daha diqqətini cəlb etmək məqsədilə oktyabrın 24-də "MTV" kanalının aid olduğu "MUZ TV Azərbaycan" MMC-nin səlahiyyətli nümayəndəsi Audiovizual Şuraya dəvət edilib. Pozuntu faktına görə inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilib".
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsinə əsasən qeyd olunan pozuntuya görə hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
-
Sosial16:50Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı - FOTOFAKT
-
Rəsmi xronika16:24İlham Əliyev iki sərəncam imzaladı
-
Nida Xəbər 15:20Elman Nəsirov: Yazıqsınız, kirayələrdə qalırsınız, öz dərdinizi çəkin - VİDEO
-
Avropa14:16Bu ölkədə qalmaqal: 45 türk saxlanıldı, Türkiyə ilə vizasız rejim ləğv edildi - VİDEO
-
Hadisə14:02Azərbaycanda vəzifəli xanım vəfat etdi
-
Dünya12:50İmamoğlunun gizli əməliyyatı ifşa edildi - Görün kimlə əlbir olubmuş
-
Kriminal11:14Azər Maqsudova hökm oxundu
-
Avropa10:36Süni intellekt naziri “hamilədir”, görün neçə uşaq “doğacaq” - Albaniyada nə baş verir?







.jpg)

.png)



.jpg)

















.jpg)


