Sosial
"Bank Respublika"nın borcları artıb - Əhali əmanətlərini geri çəkib
Bu ilin 3-cü rübündə "Bank Respublika" ASC-nin nağd pul vəsaitləri azalıb.
Publika.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın nağd pul vəsaitləri ötən ilin sonu ilə müqayisədə 24,18 faiz azalaraq 368 milyon 841,63 min manat olub.
Bankın öhdəliklərinə gəlincə, hesabat dövründə öhdəliklər 2 milyard 487 milyon 33,5 min manat təşkil edib.
Bu da ötən ilin sonu ilə müqayisədə 25,74 % və yaxud 509 milyon 40,11 min manat artım deməkdir. Fiziki şəxslərin banka yerləşdiyi depozitlərin həcmi isə 5,31 faiz azalaraq 636 milyon 244,66 min manatdan 602 milyon 476,18 min manata enib.
Hesabat dövründə bankın kredit təşkilatları və digər maliyyə instutları qarşısında öhdəlikləri 65,07 faiz artaraq 864 milyon 60,94 min manata yüksəlib.
Əlavə olaraq bildirək ki, "Bank Respublika"nın faiz xərclərində də artım müşahidə olunub. Belə ki, bank dövr ərzində 90 milyon 839,35 min manat məbləğində faiz ödənişi həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,76 % çoxdur. Xüsusilə cəlb edilmiş kreditlərə görə ödənilən faizlər kəskin artaraq 46 milyon 214,38 min manat (2,85 dəfə), Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə ödənilən faiz ödənişləri isə 169 dəfə artaraq 429,62 min manat təşkil edib.
Bankın vaxtı keçmiş kreditlərinin həcmi həcmi 2024-cü ilin eyni dövrü ilə nisbətdə təxminən 2 dəfə artaraq 19 milyon 667,26 min manat olub. Cari ilin üçüncü rübündə vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi 1,25 faiz təşkil edib.
-
Sosial16:50Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı - FOTOFAKT
-
Rəsmi xronika16:24İlham Əliyev iki sərəncam imzaladı
-
Nida Xəbər 15:20Elman Nəsirov: Yazıqsınız, kirayələrdə qalırsınız, öz dərdinizi çəkin - VİDEO
-
Avropa14:16Bu ölkədə qalmaqal: 45 türk saxlanıldı, Türkiyə ilə vizasız rejim ləğv edildi - VİDEO
-
Hadisə14:02Azərbaycanda vəzifəli xanım vəfat etdi
-
Dünya12:50İmamoğlunun gizli əməliyyatı ifşa edildi - Görün kimlə əlbir olubmuş
-
Kriminal11:14Azər Maqsudova hökm oxundu
-
Avropa10:36Süni intellekt naziri “hamilədir”, görün neçə uşaq “doğacaq” - Albaniyada nə baş verir?







.jpg)

.png)


.jpg)

















.jpg)


