Sosial
Rəisin işdən qovulmasının ŞOK TƏFƏRRÜATI: Nazir otağına girib və...
İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun ikinci oğlu Toğrul Səmədov da vəzifəsindən uzaqlaşdırılıb.
Publika.az xəbər verir ki, Oxu24.com məsələ ilə bağlı məlumat əldə edib. Bildirilir ki, Şabranda yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi Toğrul Səmədovla bağlı qərarı şəxsən ədliyyə naziri Fərid Əhmədov özü verib.
Qeyd olunur ki, ədliyyə naziri Fərid Əhmədov cəzaçəkmə müəssisələrinə baş çəkən zaman qarşılaşdığı mənzərədən sonra bu addımı atıb. Belə ki, Toğrul Səmədov iş yerində özü üçün xüsusi dəbdəbəli malikanə yaradıbmış. Tikintidə xüsusilə bahalı materiallardan istifadə olunduğu deyilir.
“Toğrul Səmədovun otağındakı mebellər xaricdən, baha qiymətə alınmışdı”, deyə mənbə bildirib.
Məlumata görə, ədliyyə naziri Fərid Əhmədov bu mənzərəni gördükdən sonra Toğrul Səmədovun fəaliyyətini yoxlamağı tapşırıb. Nəticədə rəisin işində ciddi nöqsanlar aşkarlanıb. Bununla da Saleh Səmədovun ikinci oğlu da rəis vəzifəsini itirib. Toğrul Səmədov ədliyyə sistemindən də xaric olunub.
"Onu sərəncama götürməyiblər, ümumiyyətlə ədliyyə sistemindən xaric ediblər", - deyə mənbə vurğulayıb.
Qeyd edək ki, Saleh Səmədovun digər oğlu Kamran Səmədov bir müddət əvvəl İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini itirmişdi.
-
Sosial16:50Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı - FOTOFAKT
-
Rəsmi xronika16:24İlham Əliyev iki sərəncam imzaladı
-
Nida Xəbər 15:20Elman Nəsirov: Yazıqsınız, kirayələrdə qalırsınız, öz dərdinizi çəkin - VİDEO
-
Avropa14:16Bu ölkədə qalmaqal: 45 türk saxlanıldı, Türkiyə ilə vizasız rejim ləğv edildi - VİDEO
-
Hadisə14:02Azərbaycanda vəzifəli xanım vəfat etdi
-
Dünya12:50İmamoğlunun gizli əməliyyatı ifşa edildi - Görün kimlə əlbir olubmuş
-
Kriminal11:14Azər Maqsudova hökm oxundu
-
Avropa10:36Süni intellekt naziri “hamilədir”, görün neçə uşaq “doğacaq” - Albaniyada nə baş verir?








.jpg)

.png)
























.jpg)


