Sosial
Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
 
                                    
                                    
                                    
                                8 Noyabr – Zəfər Günü xalqımızın şərəf və qürur günüdür. Bu gün Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və sağlamlığını itirən qazilərimizin əvəzolunmaz qəhrəmanlığını bir daha xatırladır. Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə “Zəfər Payı” adlı xeyriyyə aksiyasına start verir.
Aksiya 31 oktyabr – 8 noyabr 2025-ci il tarixlərində həyata keçiriləcək. Fond bütün vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir. “Zəfər Payı”
aksiyasına ianə etmək üçün redhearts.az veb-saytında “İanə et” bölməsindən, Birbank mobil tətbiqi vasitəsilə və ya vizualda təqdim olunan QR kodu skan edərək dəstək olmaq mümkündür.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir.
Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və
ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil ola bilərsiniz.
- 
                     ABŞ21:59 ABŞ21:59Pentaqon təsdiqlədi - Ukraynaya "Tomahawk" raketləri göndəriləcək 
- 
                     Magazin219:35 Magazin219:35Türkiyəli məşhur müğənni infarkt keçirdi 
- 
                     Kriminal19:03 Kriminal19:03Sabiq icra başçısı həbs olundu - Bu cinayətlərdə ittiham olunur 
- 
                     Sosial18:53 Sosial18:53Vüqar Məmmədov həbs edildi 
- 
                     Nida Xəbər 17:45 Nida Xəbər 17:45Zakir Həsənova medal verildi 
- 
                     Sosial17:00 Sosial17:00Noyabrda yağıntıların miqdarı normadan çox olacaq - AYLIQ PROQNOZ 
- 
                    .jpg) Səhiyyə16:28 Səhiyyə16:28Azərbaycanda meyit donorun ürəyi transplantasiya edildi 
- 
                     Maraq dünyası15:56 Maraq dünyası15:56Sevgi qapılarınızı döyür - Noyabrda eşqi tapacaq 4 BÜRC 






 
        
    
.jpg)




.webp)




.jpg)













.jpg)





.jpg)