Sosial
YUNESKO-nun Səmərqənd sessiyasında Türk Mədəniyyəti və İrsi Fondu layihələrini təqdim etdi
4 noyabr 2025-ci il tarixində Özbəkistanın Səmərqənd şəhərində YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə türk sivilizasiyasının dərinliyini və böyüklüyünü əks etdirən unikal layihələrin təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, tədbir “Türk Dünyasına Baxış – 2040” və “TÜRKTIME” strateji sənədlərinə uyğun olaraq hazırlanmış “Türk Dünyasının Mədəni Kodu” adlı kataloqun, həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və Türk Dövlət Başçılarının dəstəyi ilə Fond tərəfindən həyata keçirilən çoxcildli, çoxdilli “Türk Folklor İrsi” antologiyasının təqdimatını əhatə edib.
Təqdimatın davamında 2025-ci il noyabrın 3-də YUNESKO Baş Konfransının qətnaməsi ilə qəbul edilən “15 dekabr – Türk Dili Ailəsi Günü”nün (World Turkic Language Family Day) qeyd olunması ilə bağlı tədbir baş tutub.
Tədbirin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova YUNESKO-ya və Özbəkistan hökumətinə göstərilən dəstəyə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Fond tərəfindən nəşr olunan “Türk Dünyasının Mədəni Kodu” kataloqu və “Türk Folklor İrsi” antologiyasının türk dünyasının mənəvi körpüsünə çevrildiyini qeyd edib, layihələrin ərsəyə gəlməsində əməyi olan alim və mütəxəssislərə təşəkkür edib.
Tədbirdə çıxış edən Fondun “Türk Dünyasının Mədəni Kodu” kataloqunun layihə kuratoru Rüstəm Müzəffərov və Özbəkistandan tanınmış alim Jabbor Eşonqulov təqdim olunan nəşrlərin əhəmiyyətini vurğulayaraq, Türk Mədəniyyəti və İrsi Fondunun türk dünyasının mədəni irsinin qorunmasına verdiyi töhfəni yüksək qiymətləndiriblər.
Fəxri qonaqlar sırasında Qırğız Respublikasının Prezidentinin müşaviri Arslan Qoyçiyev, Türkiyə Ədalət və İnkişaf Partiyasının sədr müavini, professor Kürşad Zorlu, Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, professor Baxrom Abduxalımov yer alıblar. Onlar bu qərarın türk dillərinin zənginliyinin və ortaq mənəvi köklərinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Tədbirdə həmçinin Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Elman Abdullayev, Qazaxıstan Elm və Ali Təhsil nazirinin müavini Talqat Yeşenkulov, Türkmənistanın Fransa Respublikasındakı səfiri və YUNESKO yanında Daimi Nümayəndəsi Maksat Çariyev, Macarıstanın YUNESKO yanında Daimi Nümayəndəliyinin müavini Kinqa Simon çıxış ediblər.
Bundan əlavə, tədbirdə Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın YUNESKO-dakı daimi nümayəndələri, eləcə də YUNESKO-nun Türkiyə Milli Komissiyasının sədri professor Öcal Oğuz iştirak edib.
Tədbir Belçika, Ekvador, Fransa, Latviya, Oman, Qətər, Venesuela və Çexiyanın YUNESKO-dakı daimi nümayəndəliklərinin təmsilçiləri, Özbəkistanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, alimlər, mədəniyyət institutlarının təmsilçiləri, eləcə də türk mədəniyyətinə maraq göstərən əcnəbilər və media nümayəndələrinin iştirakı ilə keçirilib.
Mərasim Türk mədəniyyətinin səfiri, etno-folklor “TURAN” ansamblının solistlərinin ifası ilə davam edib. Türk musiqi sənətinin parlaq nümunələrini səsləndirən solistlərin çıxışı tədbirin ən yaddaqalan və təsirli anlarından biri olub və tamaşaçılar tərəfindən böyük alqışla qarşılanıb.
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda










.jpg)


.jpg)





















.jpg)
