Sosial
Suraxanıda Zəfər Gününə həsr olunmuş tədbir - FOTO
Suraxanıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr - Zəfər gününün 5-ci ildönümü münasibətilə “Zəfər Bayrağına düzlən!” adlı vətənpərvərlik tədbiri keçirilib.
Publika.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, şəhidlərimizin ailə üzvləri və qazilər, müharibə veteranları və s. iştirak ediblər.
Daha sonra Mədəniyyət Nazirliyinin və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfərin ruhu” adlı fotosərgiyə baxış keçirilib. Qeyd edək ki, sərgidə nümayiş olunan əsərlər Azərbaycan Ordusunun şücaətini, xalqımıza bəxş etdiyi əbədi Zəfər ruhunu, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda aparılan böyük quruculuq və dirçəliş prosesini, o cümlədən Qarabağ təbiətinin füsunkar gözəlliklərini rəssam və fotoqrafların gözü ilə əks etdirir.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanmış “Zəfər Bayrağına düzlən!” adlı vətənpərvərlik tədbiri Vətən müharibəsi günlərində Şuşa şəhərinə sancılan və Qələbəmizin rəmzinə çevrilən Zəfər bayrağının Fəxri Qaravolun müşayiətilə təntənəli şəkildə zala gətirilməsi ilə başlanıb. Bakı Bələdiyyə teatrının aktyorları 2020-ci il 20 sentyabrda başlanan müqəddəs savaşın tarixindən söhbət açıb, Ulu Öndər Heydər Əliyevin zəkasının işığında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində qazanılmış Şanlı Qələbədən bəhs edən kompozisiyalarla çıxış ediblər, eləcə də müharibə dövründəki hərbi əməliyyatlardan görüntülər nümayiş etdirilib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı və solistlər Zəfərimizi tərənnüm edən mahnılarla, xoreoqrafik kompozisiyalarla çıxış ediblər. Vətənpərvərlik ifalarının mahir ifaçısı, xalq artisti Mübariz Tağıyevin ifası da böyük coşqu ilə qarşılanıb.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək Zəfər Gününün 5-ci ildönümü münasibətilə şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarını təbrik edib və Zəfər bayrağımızın heç zaman enməyəcəyini, bu bayrağın daim tarixi torpaqlarımızda əzəmətlə dalğalanacağını qürur və əminliklə vurğulayıb. O, bildirib ki, bu günümüzün uğurlarının zirvəsində dayanan tarixi Zəfərimiz Azərbaycanın Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən başladığı inkişaf yolunun təqdimatıdır:
“Bu yol Azərbaycan xalqının torpaq həsrətinə son qoydu. Azərbaycan bu illər ərzində torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işləri apardı və istəyinə nail oldu. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdılar”.





-
Rəsmi xronika16:13İlham Əliyev üç fərman imzaladı
-
Sosial15:50Müəllim və həkimlərin pensiya yaşı artırılır? - Deputatlar açıqladı
-
İdman15:03“Qarabağ” pley-offa vəsiqə qazanacaq? - Bukmekerlər əminliklə deyirlər ki...
-
Nida Xəbər 14:45Paşinyan Türkiyə və Azərbaycana yenə mesaj göndərdi: Hazırıq
-
Kriminal13:52“Tərtər işi”ndə təqsirləndirilən generalla bağlı qərar verildi
-
Region12:53Azərbaycandan gedən ilk qatar Ermənistana daxil oldu - FOTO
-
İdman12:34Rəhbərlikdən jest: "Qarabağ"lılar "Çelsi" ilə oyuna görə bu qədər mükafat alacaqlar
-
İdman12:12Mahsun Kırmızıgül “Qarabağ”dan yazdı - FOTOFAKT









.jpg)


_1200.webp)










.jpg)













