Haalanddan ÇL-də unikal rekord: Bunu heç kim bacarmayıb
Bizi izləyin

İdman

Haalanddan ÇL-də unikal rekord: Bunu heç kim bacarmayıb

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Çempionlar Liqası tarixində üç fərqli komandanın heyətində ardıcıl beş oyunda qol vuran ilk futbolçu olub.

Publika.az xəbər verir ki, bu barədə “Squawka” məlumat yayıb.

Norveçli hücumçu turnirin 4-cü turunda Dortmund “Borussiya”sına (4:1) qarşı görüşdə fərqlənərək, turnirdəki qol seriyasını 5 oyuna çatdırıb. O, bu göstəriciyə 2019/20 mövsümündə “Zalsburq” və 2020/21 mövsümündə “Borussiya Dortmund”un heyətində də nail olub.

Qeyd edək ki, Haaland cari mövsümdə bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 21 qol vurub və 2 asist edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm