Paşinyan Türkiyə və Azərbaycana yenə mesaj göndərdi: Hazırıq
Bizi izləyin

Nida Xəbər

Paşinyan Türkiyə və Azərbaycana yenə mesaj göndərdi: Hazırıq

Rusiya hazırda Azərbaycan üzərindən Ermənistana mal ixrac etmək üçün müraciətlərə baxır.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 6-da jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Qazaxıstan buğdası hələ Ermənistana gəlməyib, lakin artıq malların Azərbaycan üzərindən ölkəyə daxil olması üçün axının istiqaməti dəyişdirilir.

"Qazaxıstan buğdası Ermənistana çatmazdan əvvəl ölkəmizə yeni qatarlar gələ bilər. Vəziyyət daim dəyişir, yeni müraciətlər də verilir", - o qeyd edib.

Paşinyan malların əks istiqamətdə, yəni Ermənistandan Gürcüstan və Azərbaycan üzərindən Rusiya və ya digər ölkələrə necə gedəcəyini dəqiqləşdirməyi vacib sayıb.

Onun qiymətləndirməsində bu, əlamətdar hadisədir.

“Bir daha təsdiq edirəm ki, biz Türkiyə və Azərbaycan yük maşınlarının Maraqara-Kornidzor marşrutu ilə Türkiyədən Azərbaycana və geriyə keçidini asanlaşdırmağa hazırıq”, - Nikol Paşinyan vurğulayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm