Sosial
TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş
TƏBİB-in İlkin Səhiyyə Xidməti Departamentinin rəhbəri Rəşad Çobanlının tibbi təhsilə malik olmadığı məlum olub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Çobanlının rəhbərlik etdiyi departament ölkə üzrə poliklinikalar, ailə sağlamlıq mərkəzləri və Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin fəaliyyətinə nəzarət edən ən kritik sahələrdən biridir.
Mövcud məlumatlara əsasən, Rəşad Çobanlı 2010–2015-ci illərdə peşəkar həkimliklə əlaqəsi olmayan, əvvəllər “sanfak” kimi tanınan ixtisas üzrə təhsil alıb. Yəni onun ali təhsili səhiyyə sahəsi ilə bağlı deyil. O, daha sonra “Linkedin” platformasında BDU-da magistr təhsilini tibb sahəsi üzrə davam etdirdiyini qeyd edib. Lakin bu, onun ən kritik səhiyyə strukturlarından birinə rəhbərlik etməsi üçün zəruri olan tibbi ixtisaslaşmanı əvəz etmir.
Açıq mənbələrə görə, Çobanlı MBA biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə və bir sıra beynəlxalq sertifikatlara sahibdir. Lakin rəsmi məlumatlarda onun tibbi sahə üzrə baza və ya rezidentura təhsilinə dair hər hansı qeyd yer almır.
Xatırladaq ki, Rəşad Çobanlı daha əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində vəzifə icra edib, ardınca TƏBİB-ə keçərək uzun müddətdir İlkin Səhiyyə Xidməti Departamentinə rəhbərlik edir və hazırda özünü “səhiyyə siyasəti üzrə konsultant” kimi təqdim edir.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Çobanlının TƏBİB sədrliyinə mümkün namizəd kimi adı hallanmışdı.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.
-
Nida Xəbər 14:55Prezident tələb etdi: Milli Məclis toplanır
-
Sosial14:43Bu şəxslərə gələn ay 30 manat yardım veriləcək
-
Region13:22İran vətəndaşlarının yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - VİDEO
-
İdman13:168 yaşlı uşaq Arda Turana belə dərs verib: Mənə dedi ki...
-
Magazin212:46“Avroviziya”da çıxış edən əkizlər birlikdə İNTİHAR ETDİ - FOTO
-
Magazin212:33Şoumenin peyğəmbərlə bağlı zarafatı aranı qatdı - İşə prezidentin müşaviri qarışdı
-
İdman12:12Koxalski polyaklara Şahruddinlə rəqabətdən, Bakıdan danışdı: Azərbaycanlılar bunu sevmir
-
Region12:06Devrilir: Paşinyan II Qareginə qarşı son hücuma bu tarixdə başlayacaq





































