Sosial
Dövlət Komitəsində qanvermə aksiyası keçirildi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin (PHŞ) dəstəyi ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Konstitusiya və Suverenlik ilinə həsr olunmuş könüllü qanvermə aksiyası təşkil edib.
Qanvermə aksiyası yüzlərlə xəstəyə həyat bəxş edilməsi, eyni zamanda ictimai həmrəyliyin və humanist dəyərlərin daha da möhkəmlənməsi məqsədi ilə keçirilib.
“Respublika Qan Bankı” PHŞ-nin həkim briqadası tərəfindən icra edilən aksiyada Dövlət Komitəsinin əməkdaşları könüllü donor kimi qan veriblər.
Tədarük olunan qan nümunələri laboratoriya şəraitində yoxlandıqdan sonra talassemiyalı və hemofiliyalı, eləcə də qana ehtiyacı olan digər şəxslərin müalicəsində istifadə olunacaq.
Dövlət Komitəsinin və tabeliyindəki strukturların əksəriyyətinin məcburi köçkünlərdən, şəhid ailəsi üzvlərindən, müharibə əlili və veteranlarından ibarət kollektivinin 100-ə yaxın əməkdaşı xeyriyyə aksiyasında iştirak edib.
Xatırladaq ki, Dövlət Komitəsi Müdafiə Nazirliyi ilə birlikdə də beş ildir “Qanımız bir, canımız bir” devizi ilə könüllü qanvermə aksiyası keçirir.
-
Nida Xəbər 15:56Keçmiş deputat Mehdiyevin villasının VİDEOSUNU yaydı
-
İdman13:57Ronaldodan Ağ Evdə selfi: FOTODA kimlər var?
-
Nida Xəbər 13:22Xandanyan İstanbulda bu xəbəri sevinclə elan etdi: Azərbaycan və Ermənistan...
-
Sosial12:41Bu şəxslər üçün 42 milyon manat ayrıldı
-
Sosial12:14Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilir
-
Dünya11:411 trilyon dollarlıq görüşdə Ərdoğan damğası: Trampa zəng edərək...
-
Sosial10:54Azərbaycanda bir həftə TƏTİL OLACAQ
-
Hadisə10:24Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO







.png)
.png)
.png)
.jpg)



.jpg)


.jpg)



















