Tanınmış məşqçidə xərçəng aşkarlandı
Bizi izləyin

İdman

Tanınmış məşqçidə xərçəng aşkarlandı

Danimarka və Norveç yığmalarının keçmiş baş məşqçisi Oqe Hareyde beyin xərçəngi ilə mübarizə aparır.

Publika.az xəbər verir ki, bu barədə VG məlumat yayıb.

72 yaşlı norveçli mütəxəssisə diaqnoz 2025-ci ilin iyul ayının sonunda qoyulub. O, kimyaterapiya kursu keçib. Güclü dərmanların qəbulu səbəbindən orqanizmi zəifləyib. Hazırda onda motorika problemləri və nitq pozuntusu müşahidə olunur.

“Bir az üzücüdür. Amma artıq məşqçilik işi olmayacaq”, - deyə Hareyde bildirib.

Futbolçu karyerasını başa vurduqdan sonra Hareyde "Molde", "Helsinqborq", "Brondbü", "Rusenborq" və digər klubları çalışdırıb. Yığma səviyyəsində isə Norveç, Danimarka və İslandiya komandalarında işləyib. O, Danimarka millisini 2018-ci ildə dünya çempionatına çıxarıb və komanda 1/8 final mərhələsinə qədər irəliləyib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm