Magazin1
ATV-yə buna görə XƏBƏRDARLIQ EDİLDİ: “Zümrüd, özünü ələ al, verilişə qayıt” - VİDEO
Audiovizual Şuranın ATV kanalına xəbərdarlıq etməsinə səbəb olan olayın təfərrüatları üzə çıxıb.
Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Zümdür Bədəlova aparıcısı olduğu “Gün Ortası” verlişinə türkiyəli təlimçi (yaşam koçu) Bilal Cantürkü dəvət edib.
Həmin verilişə B.Cantürklə birlikdə meyxanaçı Orxan Lökbatanlı, müğənnilər Əbdül Xalid və İlkin Fuad da qonaq qismində qatılıb.
B.Cantürk iddia edir ki, o, “enerji ötürmə” üsulu ilə travmaları sağaldır, yuxusuzluğu aradan qaldırır, psixoloji gərginliyi azaldır və s.
Türkiyəli qonaq öz metodunu efirdə aparıcı Z.Bədəlovanın üzərində sınamaq qərarına gəlir. B.Cantürk aparıcını efirdə yuxuya verməyə çalışıb. O, Zümrüdə bildirib ki, bütün mənfiliklərdən xilas olacaq. Efirdə qonaq olan Orxan Lökbatanlı və İlkin Fuad da proses zamanı biri-birlərinə nəsə deyərək gülməyə başlayıblar.
Aradan bir müddət keçsə də Zümrüd ayağa qalxa bilmədiyini deyib. Ayılandan sonra aparıcı bildirib ki, dərin yuxuya getməsə də sakitlik tapıb, daxilən rahatlaşıb.
Orxan Lökbatanlı isə aparıcını ayağa qaldıraraq deyib: “Zümrüd, özünü ələ al, verilişə qayıt”.
Həmin videonu təqdim edirik:
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar








.jpg)

























