Sosial
"Azərbaycana turist axınının azalması araşdırılmalıdır" - Deputat
Azərbaycana turist axınının azalması araşdırılmalıdır.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.
"Azərbaycanda gələn il dövlət büdcəsindən beynəlxalq tədbirlərin keçirilməsinə 239 milyon manat vəsait ayrılacaq. Bu, elmə ayrılan vəsaitdən 10 milyon manat artıqdır. Çox təəssüf ki, bu beynəlxalq tədbirlərin bir çoxunun effektivliyi çox aşağıdır. Hökuməti ötən illə müqayisədə turistlərin sayının azalması narahat etməlidir. Əgər bu ilin 10 ayında ölkəmizə 2 milyon 171 min turist gəlibsə (illik müqayisədə 1,7 % az), bizdən çox kiçik Gürcüstana 4 milyon 307 min turist gəlib (2 dəfə çox). Bunun səbəbləri araşdırılmalıdır", - deyə o qeyd edib.
"Azərbaycan ilk növbədə çalışmalıdır ki, Amerika Birləşmiş Ştatları, Avropa ölkələri və İran vətəndaşları üçün viza rejimini aradan qaldırsın. Eyni zamanda araşdırma aparılsın ki, niyə turistlər Azərbaycana gəlməkdən imtina eləyirlər. Bu, həm də bizdə xidmətlərin baha olması ilə bağlıdır. Təyyarə biletlərinin, ictimai-iaşə obyektlərindəki xidmətlərin qiymətləri çox yüksəkdir. Azərbaycanda ucuz hotellər yoxdur. Bu da turistlərin sayına birbaşa təsir edir. Hesab eləmirəm ki, biz yerli hotelləri büdcədən ayrılan vəsaitlə - beynəlxalq tədbirlər keçirməklə dəstəkləməliyik".
-
Sağlamlıq03:43Narahatlıqdan qurtulmağın SADƏ YOLU - Həyəcan, depressiya və stressi də azaldır
-
Hadisə00:45İmişlidə traktorun altında qalan uşaq öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Subaylar üçün isə xoş sürprizlər ola bilər
-
Yaxın Şərq6 Avqust 23:24Suriyada mikroavtobus partladıldı - Ölənlər və yaralananlar var
-
İdman6 Avqust 22:58UEFA Konfrans Liqası: "Qarabağ" səfərdə "Dinamo"ya uduzdu - YENİLƏNDİ
-
Magazin16 Avqust 22:48Məşhur rejissor Çimnaz Sultanovanın məzarından video paylaşdı
-
ABŞ6 Avqust 22:00Tramp kəşfiyyat rəsmiləri ilə qapalı görüş keçirdi
-
Kriminal6 Avqust 20:36Sevgilisinə qoşulub qaçan evli qadının DƏHŞƏTLİ SONU - Meyiti çamadanda tapıldı













.jpg)















.jpg)








