Sosial
Bu şəxslərə verilən müavinət dayandırılacaq
Keçmiş məcburi köçkünlər üçün hazırda mövcud olan bir sıra güzəştlərin nə qədər davam edəcəyi açıqlanıb.
Publika.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov geniş müsahibəsində məlumat verib.
O xatırladıb ki, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanunda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir:
"Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası" Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilib. Bu qayda əsasında vahid aylıq müavinət alan məcburi köçkünlərə dövlət büdcəsindən müvafiq vəsaitin ödənilməsi davam etdirilir".
Sədr müavini söyləyib ki, mövcud qanunvericiliyə əsasən, keçmiş məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən dövlət büdcəsinin vəsaiti hesabına görülən sosial müdafiə tədbirlərinin, o cümlədən vahid aylıq müavinətin verilməsinin qanunvericiliklə nəzərdə tutulan üç il müddətində başa çatması nəzərdə tutulur: "Bu məsələlərlə bağlı Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri aparılır".
F.Hüseynov vurğulayıb ki, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında qanuna əsasən qeyri-dövlət ali və orta peşə-ixtisas təhsil müəssisələri məcburi köçkün tələbələrin normal təhsili üçün müəyyən güzəştlər edə bilərlər. Keçmiş məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən 3 il keçdikdən sonra təhsil haqqından azad edilməklə bağlı tətbiq olunan güzəştlər qüvvədən düşmüş hesab olunacaq.
-
İdman11:18“Qarabağ” üçün əsl fürsət: Həm tarix yazmaq, həm də revanş şansı
-
Dünya10:42Orban Ərdoğandan bu zəmanəti aldı: Kritik Rusiya amili
-
Sosial10:15Güllələnmiş meyiti tapılan Nicat bu şəxsin oğlu imiş - FOTO
-
MDB09:30Rusiya Xəzər dənizi üzərində 8 PUA vurdu
-
İdman09:12Vernidub "Neftçi"də bu qədər maaş alacaq - Fantastik məbləğ
-
Hadisə08:27Baldızı oğlunun güllələnməsi xəbərinə İsa Həbibbəylidən reaksiya
-
İdman08:24Türkiyə futbolunda böyük əməliyyatda məşhur şəxslər həbs edildi - SİYAHI
-
Magazin206:46Danla dolğulara görə xəstəxanalıq oldu: bədənindən çıxanlar şok etdi - FOTO














.jpg)













.jpg)







