Sosial
Bakıdakı bu tıxacın səbəbi müzakirə yaratdı - VİDEO
Dünən paytaxtın Yasamal rayonunda bir neçə küçə və prospektdə hərəkətin iflic olmasına səbəb olan tıxacın yaranma səbəbinin görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, görüntülərdən tıxacın Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçəsinin kəsişməsində bir neçə sürücünün ucbatından yarandığı məlum olur.
Belə ki, sürücülərdən bəziləri avtomobili daim hərəkət üçün açıq olmalı olan kəsişmədə saxlayaraq hərəkəti kilidləyiblər.
Bu səbəbdən sözügedən küçələrlə yanaşı, Mətbuat prospekti, Abdulvahab Salamzadə küçəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Tbilisi prospekti, eləcə də digər ətraf yollarda böyük tıxac yaranıb.
Sosial şəbəkədəki videoya şərh bildirən şəxslər tıxaca səbəb olan sürücüləri qınayıb və kəsişmədən sonra hərəkətin mümkünsüz olduğu şəraitdə oraya daxil olmağın yolverilməzliyini vurğulayıblar.
Qeyd edək ki, artıq bir neçə aydır paytaxt ərazisində bəzi yol kəsişmələrində bu kimi halların qarşısını almaq üçün “sarı tor” işarələnməsi həyata keçirilir. Kəsişmədən sonra hərəkətin mümkünsüz olduğu halda oraya daxil olaraq digər nəqliyyat vasitələrinin hərəkətini bloklayan avtomobillər inzibati məsuliyyət daşıyır və cərimələnirlər.(“Qafqazinfo”)
***
Məsələ ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, Yasamal rayonu, Mətbuat prospekti ilə Akim Abbasov küçəsinin kəsişməsində yaranan sıxlığın aradan qaldırılması məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb: “Qısa müddət ərzində nəqliyyatın ləngiməsinin bitişik digər yollara yayılmasının qarşısı alınıb, hərəkətin fasiləsizliyi təmin olunub”.
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü




















.jpg)

















