Sosial
Ötən il “Araz” mağazalarında 300 kq-a yaxın batareya toplanıb
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsində aktiv iştirakını davam etdirir.
Publika.az xəbər verir ki, layihə çərçivəsində “Araz” supermarketlər şəbəkəsinin Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən filialında ümumilikdə 21 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.
Layihənin əsas məqsədi istifadəyə yararsız elektrik batareyalarının təhlükəsiz şəkildə toplanması,
onların xüsusi şəraitdə utilizasiya olunması, həmçinin ictimaiyyətdə ekoloji məsuliyyətin
artırılması və tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirmənin gücləndirilməsidir.
Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi və SPAR filiallarında 2025-ci ildə ümumilikdə
300 kq-a yaxın istifadəyə yararsız batareya toplanaraq utilizasiya üçün “Tullantıları İdarəetmə
Mərkəzi” MMC-yə təhvil verilib. Hazırda şirkətin baş ofisi və 29 filialında istifadəyə yararsız
batareyaların toplanması üçün qutular yerləşdirilib.
-
Səhiyyə09:30Azərbaycanda həkim-xəstə qarşıdurması: Günahkar kimdir?
-
Hadisə09:21Goranboyda dəhşətli qətl - -Qazi saxlanıldı
-
Nida Xəbər 08:30Prezident Mikayılovu buna görə işdən azad edib
-
Magazin206:16Ariana Qrande məşhur jurnalı ələ saldı: Altıncı barmağa görə təşəkkürlər
-
ABŞ05:45İran hakimiyyəti "batan gəmidəki siçovullar kimi" davranır - ABŞ köçürülən pullar barədə...
-
İdman05:15“Qızıl top”a namizədlərin yenilənmiş reytinqi: Birinci kimdir?
-
ABŞ02:19Epşteyn işi: İlon Maskla yazışmalar üzə çıxdı
-
Qoroskop02:00Günün ulduz falı: Zehni gərginlik mümkündür








.jpg)


.jpg)
















.jpg)






