Sosial
Sürücülərə XƏBƏRDARLIQ edildi - TƏHLÜKƏ VAR
Yaxın günlərdə Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi, havanın temperaturunun aşağı düşəcəyi, xüsusilə gecə və səhər saatlarında mənfi dərəcələrin müşahidə olunacağı, dağlıq və dağətəyi ərazilərdə isə qar yağmasının gözlənildiyi bildirilir.
Bu barədə Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən sürücülərdən xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən son dərəcə diqqətli olmaları xahiş olunur. İdarə etdikləri nəqliyyat vasitələrinin qış fəslinə uyğun texniki cəhətdən saz vəziyyətdə olmasına, ən azı qış şinləri ilə təchiz edilməsinə xüsusi diqqət yetirilməlidir.
Qeyd olunan tələblərə əməl edilmədiyi təqdirdə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarana, bu isə digər hərəkət iştirakçılarına maneələr törədə, yollarda sıxlıq və ləngimələrə səbəb ola bilər. Eyni zamanda, bu cür hallar Agentliyin qar təmizləyən və yol istismarına cəlb olunan xüsusi texnikasının zəruri ərazilərə vaxtında çatmasına da əngəl yarada bilər.
-
Dünya09:54ABŞ bu ölkəni böhranla üz-üzə qoyur: Süqut edə bilər
-
Sosial09:42Bakı metrosunda yeni tarif? - RƏSMİ AÇIQLAMA VERİLDİ
-
Dünya09:00"SpaceX"in məqsədi yadplanetlilərlə görüşməkdir - Mask
-
Dünya08:49Nazirin evinin qarşısına peyin tökən kişi saxlanıldı
-
Sosial08:37Bölgələrdən gələn bu şəxslər Bakını tərk edəcək - İlin sonuna qədər…
-
Dünya05:45NATO Türkiyədən görün nə tələb etdi
-
Qoroskop01:40Günün ulduz falı: Gözlənilməz hədiyyə sizi sevindirəcək
-
Nida Təhlil 01:01Xameneinin “aradan götürülməsi” – Trampa çıxış yolu təklif edilir





















.webp)


.jpg)



.jpg)









