Sosial
“Bir həftədir ailəmin səsini eşidə bilmirəm” - VİDEO
Bakıda təhsil alan cənubi azərbaycanlı tələbə bacılar – Pərəstu və Pərisa Qənizadələr bir həftədir İranda davam edən iğtişaşlar və rabitə məhdudiyyətləri səbəbindən ailələri ilə əlaqə saxlaya bilmirlər.
Publika.az xəbər verir ki, bu barədə İTV məlumat yayıb.
Ötən il Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) qəbul olan bacılar ölkələrindəki gərgin vəziyyətdən ciddi narahatlıq keçirirlər.
Pərəstu Qənizadənin sözlərinə görə, xəbərləri izləmək onlara çətin gəlir. Ailələrindən son xəbəri isə yalnız Naxçıvanla sərhədə gələn yaxınları vasitəsilə ala biliblər.
“Evdə oturmuşdum, birdən vatsapdan zəng gəldi. Dedi ki, ananızdan xəbər gətirmişik, hər şey yaxşıdır, narahat olmayın”, – deyə o yaşadıqlarını bölüşüb.
Digər bacı Pərisa isə yeganə arzusunun İranda sülhün bərqərar olması və hadisələrin tezliklə başa çatması olduğunu bildirib.
Xatırladaq ki, İranda milli valyutanın kəskin şəkildə devalvasiyaya uğraması nəticəsində başlayan etirazlar artıq iki həftədən çoxdur ki, davam etməkdədir.
Daha ətraflı videomaterialda:
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu


































