Sosial
Yarım milyon manatı mənimsəməkdə ittiham olunan çobanın valideynlərindən AÇIQLAMA - VİDEO
Yarım milyon manatdan çox dəyəri olan heyvanları sahibkardan xəbərsiz satdıqları bildirilən çobanların yaxınları bu hadisədə elə ferma sahiblərini ittiham edirlər.
Publika.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, oğurluq hadisəsi Sumqayıt və Salyanda yerləşən 2 fermada baş verib.
Çobanlar - Kəmaləddin Hüseynov və Ceyhun Əskərovun ümumilikdə 1 377 baş heyvanı sataraq pulunu mənimsədikləri bildirilib. Ancaq həbs olunan Kəmaləddin Hüseynovun bacısı və Ceyhun Əskərovun anası isə oğurluqda fermanın sahibinin əli olduğunu bildirirlər.
Oğurluqda ittiham edilən Ceyhun Əskərovun atası da baş verənlərin qurama olduğunu iddia edir.
Anasının iddiasına görə, ferma sahibi hətta başqa şəxslərə qarşı da belə əməllər törədib.
İddialarla bağlı qarşı tərəflə telefon əlaqəsi saxladıq. Fermanın sahiblərindən Firdovsi Baxışov deyilənlərin əsassız olduğunu dedi.
"Əgər deyilənlər kimi, günahkar olsaydıq, istintaqda təqsirli şəxs kimi biz həbs olunardıq", - deyə o bildirdi.
Firdovsi Baxışov onu da qeyd etdi ki, hətta ilk başda ferma sahibləri Ceyhun Əskərovla bağlı polisə şikayət etməyiblər, ancaq istintaq araşdırması nəticəsində onun da oğurluqda əli olduğu müəyyən edilib.
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu


































