Sosial
Polis Nəsimidə profilaktik tədbirlər keçirdi - Foto/Video
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən rayon ərazisində hüquqpozmalara qarşı növbəti profilaktik tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirlər zamanı məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, qanunsuz küçə ticarəti, xırda xuliqanlıq, məişət səs-küyü və digər qanun pozuntuları ilə əlaqədar faktlar aşkarlanıb.
Spirtli içki və narkotiklərin təsiri altında avtomobil idarə edən və dayanma-durma qaydalarını pozan sürücülər barəsində də inzibati tədbirlər görülüb. “Əcəmi dairəsi” və digər ərazilərdə keçirilən tədbirlərlə avtoxuliqanlıq, həmçinin konstruksiya dəyişikliyinə yol verən sürücülər də müəyyən olunub. Qayda pozan sürücülər barəsində qanunvericiliyin tələbinə uyğun məsuliyyət tədbirləri görülüb.
Rayon ərazisində avtobus və ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə də profilaktik tədbirlər həyata keçirilib.
Nəsimi rayonunda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
-
Magazin123:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
-
Magazin120:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...










.jpg)





.jpg)






.jpg)













