Sosial
Bakıda təhlükəli dəb: Sevgini qan və məzar torpağı ilə sübut edirlər - Video
Son zamanlar sosial media paylaşımlarında qeyri-adi və bir o qədər də mübahisəli yeni bir dəb geniş vüsət alıb. İnsanlar sevdikləri şəxslərə sədaqətlərini sübut etmək üçün öz saçlarından, qanlarından, hətta vəfat etmiş yaxınlarının məzar torpağından hazırlanan aksesuarlar, təsbehlər və boyunbağılar hədiyyə edirlər.
Publika.az xəbər verir ki, bu barədə "Baku" TV-nin videomaterialında bildirilir.
Aksesuar hazırlayan ustaların sözlərinə görə, bu növ sifarişlərə maraq kifayət qədər yüksəkdir. Müştərilər öz genetik materiallarını (saç, qan) təqdim edərək onlardan boyunbağı və ya təsbeh hazırlanmasını istəyirlər. Hətta bəzi hallarda dünyasını dəyişmiş şəxslərin geyimindən bir parça və ya qəbir torpağı da bu "hədiyyələrin" tərkib hissəsinə çevrilir. Lakin cəmiyyətdə bu trend birmənalı qarşılanmır.
Tanınmış həkim, professor Adil Qeybulla bu prosedurun yaratdığı tibbi təhlükələr barədə xəbərdarlıq edib. O bildirib ki, qan götürülməsi yalnız xəstəxana şəraitində, steril mühitdə həyata keçirilməlidir:
"Qan götürülməsi proseduru müstəsna şəkildə tibb müəssisəsində icra olunmalıdır, çünki burada sterilliyin gözlənilməsi həlledici şərtdir. Ev şəraitində qan götürülməsi və onun hansısa məqsədlə istifadəsi tamamilə yolverilməzdir. Bəzi insanların qanında Hepatit və ya HİV (QİÇS) kimi təhlükəli infeksiyalar ola bilər. Qeyri-peşəkar müdaxilə zamanı bu viruslar həm qanı götürən, həm də onunla təmasda olan şəxslərə keçə bilər".
İlahiyyatçı Tural İrfan isə bu trendin mənəvi tərəfinə toxunaraq, bunun dinimizə zidd olduğunu vurğulayıb. O, bu cür hərəkətlərin heç bir halda sevgi və ya sədaqət nümunəsi ola bilməyəcəyini qeyd edib:
"Bu məsələlər xarici təsirlər nəticəsində formalaşan satanizmin, şeytanpərəstliyin və cadugərliyin elementlərini ehtiva edir. İnsanın öz əzalarını və bioloji qalıqlarını bu cür işlərdə məsrəf etməsi, belə məsələlərə qərar verməsi dinimiz tərəfindən qətiyyətlə rədd edilir. Bu, insana xoşbəxtlik gətirən bir addım deyil və heç kimin məhəbbətinin isbatı kimi qəbul edilə bilməz".
-
Magazin100:30"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram getməyə"
-
Qoroskop00:10Günün ulduz falı - Səmimiyyət ən böyük silahınız olacaq
-
Dünya5 Mart 23:12Bu ölkədə qırıcı təyyarə yoxa çıxdı
-
Magazin15 Mart 21:50Tolikin yeni layihəsi bəlli oldu
-
İnanc5 Mart 21:45Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı
-
Sosial5 Mart 21:00Qapısı açıq evlərə girmək istəyirmiş - Video
-
ABŞ5 Mart 20:36İsrail Tehrana 13-cü zərbə dalğasını başlatdı
-
MDB5 Mart 20:25Tokayev Naxçıvana edilən dron hücumunu pislədi



























.jpg)



.jpg)






