Sosial
Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalandı
Ölkəmiz 12–22 fevral tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən 76-cı Berlin Beynəlxalq Film Festivalında (Berlinale) təmsil olunur.
Publika.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində milli kinematoqrafiyamızın dünyada daha geniş tanıdılması və bu sahədə əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə işgüzar görüşlər keçirir, müzakirələr aparır.
Bu görüşlər çərçivəsində Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə Gürcüstan Milli Kino Mərkəzi arasında memorandum imzalanıb.
Memorandumun məqsədi audiovizual fəaliyyət sahəsində birgə istehsal (co-production) mexanizmlərinin təkmilləşdirilməsi, yerli və xarici film istehsalçılarına birgə xidmətlərin təklif edilməsi, hər iki ölkənin mədəni dəyərlərini əhatə edən layihələrin artırılması, iki ölkə arasındakı dostluq əlaqələrinin kinematoqrafiyada təsvir edilməsini təşviq etməkdir.
Sənədi ARKA-nın baş direktoru Rəşad Əzizov və Gürcüstan Milli Kino Mərkəzinin baş direktoru Mamuka Bliadze imzalayıblar. Memorandumda bu sənədin müddəalarından irəli gələn əməkdaşlıq fəaliyyətinin icrasını təmin etmək məqsədilə tərəflər arasında müvafiq müqavilələrin imzalanması nəzərdə tutulur.
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın


































