Sosial
Azərbaycanda məktəblinin geyim forması: Valideynlər bunu etməyə borcludurlar
"Azərbaycanda məktəbli forması və hicab mövzusu ətrafındakı müzakirələr həm qanunvericilik, həm də dünyəvi təhsil prinsipləri müstəvisində tənzimlənir".
Bunu Publika.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru, təhsil üzrə ekspert İlqar Orucov deyib.
Onun sözlərinə görə, sözügedən məsələnin həlli üçün bir neçə əsas məqam var:
"Dövlət ümumi təhsil müəssisələrində “Təhsil haqqında" Qanuna və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən vahid geyim forması tətbiq edilir. Bu qaydalarda təsdiq olunmuş geyim nümunələri arasında dini atributlar (hicab və s.) yer almır. Məktəbli formasının tətbiqinə nəzarət məktəb rəhbərliyinin və Pedaqoji Şuranın üzərinə düşür. Valideynlər isə övladlarını təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun hazırlamağa borcludurlar.
Məktəb və valideyn arasında yaranan fikir ayrılıqları qarşılıqlı anlaşma yolu ilə həll edilməlidir. Əsas prinsip şagirdin təhsildən kənarda qalmaması və məktəbin dünyəvi mühitinin qorunmasıdır. Azərbaycan dünyəvi dövlətdir və təhsil müəssisələri din fəaliyyətindən ayrıdır. Vahid forma sosial bərabərliyi təmin etmək və şagirdlər arasında fərqlilikləri minimuma endirmək məqsədi daşıyır".
Ekpert hesab edir ki, bu məsələdə ən böyük məsuliyyət həm qanunun tələblərini yerinə yetirən, həm də şagirdin psixoloji vəziyyətini nəzərə alan təhsil idarəçiləri və valideyn icmalarının üzərinə düşür.
Roza Şəfiyeva
-
Qoroskop00:10Günün ulduz falı - Səmimiyyət ən böyük silahınız olacaq
-
Dünya5 Mart 23:12Bu ölkədə qırıcı təyyarə yoxa çıxdı
-
Magazin15 Mart 21:50Tolikin yeni layihəsi bəlli oldu
-
İnanc5 Mart 21:45Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı
-
Sosial5 Mart 21:00Qapısı açıq evlərə girmək istəyirmiş - Video
-
ABŞ5 Mart 20:36İsrail Tehrana 13-cü zərbə dalğasını başlatdı
-
MDB5 Mart 20:25Tokayev Naxçıvana edilən dron hücumunu pislədi
-
Magazin25 Mart 19:50Məşhur ulduzun qolları qandallandı



























.jpg)



.jpg)






