Sosial
OBA-da “Qonşuda 2 qat bayram” lotereyası başladı - VİDEO
“OBA” marketlər şəbəkəsi Ramazan və Novruz bayramı münasibətilə müştəriləri üçün “Qonşuda 2 qat bayram” adlı yeni lotereya kampaniyasına start verib.
Publika.az xəbər verir ki, 1–31 mart tarixlərini əhatə edən kampaniya çərçivəsində OBA-dan alış-veriş edən müştərilər həm bayram sevincini yaşayacaq, həm də dəyərli hədiyyələr qazanmaq şansı əldə edəcəklər.
Kampaniya müddətində OBA marketlərdən alış-veriş edən müştərilər Siyəzən dadlı toyuq və Aləmşah düyü məhsullarının hər hansı birini aldığı zaman 1 iştirak şansı qazanır. Lotereyada iştirak etmək üçün müştərilər sadəcə alış-veriş zamanı OBA Plus mobil tətbiqinin barkodunu kassada oxutmalıdırlar. Bu halda iştirak hüququ avtomatik olaraq sistemə əlavə olunur.
“Qonşuda 2 qat bayram” lotereyası çərçivəsində iştirakçılar üçün bir-birindən dəyərli hədiyyələr təqdim olunur. Uduşlar sırasında iPhone 17 Pro mobil telefonları, paltaryuyan maşınlar və alış-veriş kartları yer alır. Kampaniyanın final tirajında isə iştirakçılardan biri möhtəşəm əsas mükafat – Changan UNI-Z avtomobilinin sahibi olacaq.
Lotereya iki tiraj mərhələsi üzrə keçiriləcək və qaliblər rəsmi qaydalara uyğun olaraq müəyyən ediləcəklər.
Bu il 10 yaşını qeyd edən “OBA” marketlər şəbəkəsi bu kampaniya ilə Novruz və Ramazan bayramı münasibətilə müştərilərinə əlavə sevinc bəxş etməyi və onların alış-veriş təcrübəsini daha da dəyərli etməyi hədəfləyir. OBA, hər zaman olduğu kimi, müştərilərinə daha yaxın olmaq və onların gündəlik həyatına əlavə dəyər qatmaq missiyasını davam etdirir.
Ətraflı məlumat üçün OBA Marketlər şəbəkəsinin rəsmi kommunikasiya kanallarını izləyə bilərsiniz.
-
Nida Xəbər 11:51İranda Azərbaycan vətəndaşları xəsarət alıb? - Rəsmi
-
Yaxın Şərq11:12Təsdiqləndi: ABŞ-ın üç əsgəri bu ölkədə öldürülüb
-
Rəsmi xronika10:40Prezident Bakıda məişət tullantıları daşıyan texnikalara baxdı - FOTO
-
İqtisadi gündəm10:18Azərbaycanda bu məhsullar bahalaşacaq
-
MDB10:12Ruslar Qorbaçova nifrət edirlər: Səbəbi bəllidir
-
Region10:00İran “vuruşacağıq” qərarı verdi: ABŞ-la danışıq olmayacaq
-
Yaxın Şərq09:54ABŞ qırıcısı alovlanaraq yerə belə çırpıldı - VİDEO
-
Dünya07:55İran NATO-nun Viktoriya bazasına hücum etdi






























.jpg)
.jpg)




