Sosial
“İmkanlar hər kəs üçün” layihəsinə start verildi - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” sosial əhəmiyyətli layihəyə başlanıb.
Layihə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunub.
“İmkanlar hər kəs üçün” layihəsinə başlanması ilə əlaqədar Mərkəzdə keçirilən tədbirdə layihənin tərəfdaşları olan dövlət və özəl müəssisələr, beynəlxalq təşkilatların nümayəndələri, proqrama cəlb edilmiş əlilliyi olan şəxslər, könüllü və təcrübəçi gənclər iştirak ediblər.
Tədbirin iştirakçıları əvvəlcə təlimçi və benefisiarların əl işlərindən ibarət ekspozisiya ilə tanış olub, Mərkəzin təlim studiyalarında yaradıcılıq prosesini izləyiblər.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə həssas qruplardan olan şəxslərin bacarıqlarının təkmilləşdirilməsi və sosial adaptasiyası istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Mərkəzin direktor müavini Mətanət Məmmədova müəssisənin fəaliyyət istiqamətləri, burada təlimlərə cəlb olunmuş həssas qrupların yaradıcı potensialının inkişafı üçün aparılan işlər barədə məlumat verib.
BMT Məskunlaşma Proqramının Təbliğat və Layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının şəhərlərin daha inklüziv və hər kəs üçün əlçatan inkişafı mövzusunu qlobal gündəliyin əsas istiqamətlərindən biri kimi önə çıxardığını diqqətə çatdırıb.
“İmkanlar hər kəs üçün’’ layihəsinin əlilliyi olan şəxslərin korporativ iş mühitində real təcrübə qazanması, onların əmək bazarına daha fəal inteqrasiyası, inklüziv iş mühitlərinin təşviqi baxımından önəmi vurğulanıb.
Mərkəzdə yaradılmış bərabər imkanlar və sosial dəstək mexanizmləri haqqında da məlumat verilib. Bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gələcək perspektivlərinə toxunulub.
Qeyd olunub ki, martın 10-dan etibarən Mərkəzin əlilliyi olan 30 nəfərədək 15-29 yaş arası benefisiarının dövlət qurumları, beynəlxalq və özəl təşkilatlara 3 günlük qısa təcrübə proqramı təşkil ediləcək. Proqram vasitəsilə gənclərə real iş mühiti ilə tanışlıq və mövcud potensiallarını nümayiş etdirmək imkanı yaradılacaq.
Layihənin bağlanış mərasiminin WUF13-ün Bakı Şəhərsalma Həftəsi çərçivəsində keçirilməsi nəzərdə tutulur.
-
ABŞ00:45Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqladı
-
Qoroskop00:27Günün ulduz falı: böyük bir mübahisənin qarşısını alacaqsız
-
Hadisə9 Sentyabr 20:48Şəkidə tros qırılmayıbmış: Faciənin əsl səbəbi - Video
-
Nida Xəbər 9 Sentyabr 20:12Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirildi
-
Hadisə9 Sentyabr 18:10Toyda kütləvi zəhərlənmənin səbəbi açıqlandı
-
Dünya9 Sentyabr 15:43Batumidən qalxdı, Türkiyə sahillərində dənizə endi - Təyyarədən xəbər yoxdur
-
Sosial9 Sentyabr 15:14Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTO
-
Rəsmi xronika9 Sentyabr 15:11İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb






.jpg)


















.jpg)



.jpg)



.png)





