Sosial
Reklam qanunvericiliyinin pozulması ilə bağlı 29 protokol tərtib edilib
Bu ilin yanvar-iyul ayları ərzində Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi reklam qanunvericiliyinin pozulması ilə əlaqədar 29 inzibati xəta haqqında protokol tərtib edib.
Publika.az bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir ki, pozuntuların mahiyyəti üzrə bölgüyə əsasən, haqsız reklama yol verilməsi halları üzrə 12 protokol tərtib edilib. Reklama dair ümumi tələblərin pozulması ilə bağlı 7 protokol, qeyri-dəqiq reklama yol verilməsi faktları üzrə 6 protokol qeydə alınıb. Reklamı qadağan olunan əmtəələrin reklam edilməsi üzrə isə 4 protokol tərtib olunub.
"Reklam fəaliyyəti mal və xidmətlərə dair istehlakçı davranışlarının formalaşmasına təsir edən başlıca amillərdən biridir. Bu səbəbdən bazarda sahibkarlar üçün sağlam və ədalətli rəqabət şəraitinin, istehlakçılar üçün isə məlumatlı və effektiv seçim imkanlarının yaradılması məqsədilə reklam qanunvericiliyinin tələblərinə əməl edilməsi böyük önəm kəsb edir", - məlumatda vurğulanıb.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi














.jpg)























.jpg)
