Dünya
Saqqalları qısaldın, çadranı yığışdırın! - Kadırovdan xəbərdarlıq
Çeçenistan rəhbəri Ramzan Kadırov kişiləri saqqallarını qısaltmağa və onları "dinə uyğun" saxlamağa çağırıb. O, qadınları isə ərəb üslubunu mənimsəmədən, islami qaydalara uyğun geyinməyə səsləyib.
Publika.az xəbər verir ki, bu barədə Kadırov güc strukturları ilə keçirdiyi iclasda bildirib.
Çeçenistan rəhbəri qeyd edib ki, respublikadakı kişilər çox uzun saqqalla gəzir, lakin bununla belə Cümə namazlarına və məscidlərə getmirlər.
"Onlara müraciət edirəm: saqqallarınızı qısaldın və onları dinə uyğun saxlayın", - deyə Çeçenistan rəhbəri bildirib.
Kadırov vurğulayıb ki, respublikadakı kişilər uzun saqqalı və qatlanmış şalvarları "anlaşılmaz bir dəbə" çeviriblər. Yetişməkdə olan gənc nəsil də onları təkrarlamağa başlayır.
"Bəzi qadınlar da tam örtüklərə bürünməyə başlayıblar. Onları da ərəb geyim üslubunu mənimsəmədən, İslama uygun geyinməyə çağırmaq lazımdır. Bizdə heç vaxt çadra geyinilməyib", - deyə Kadırov iclasda vurğulayıb.
Müvafiq video respublika rəhbərinin Telegram kanalında yerləşdirilib. (Musavat.com)
-
ABŞ00:45Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqladı
-
Qoroskop00:27Günün ulduz falı: böyük bir mübahisənin qarşısını alacaqsız
-
Hadisə9 Sentyabr 20:48Şəkidə tros qırılmayıbmış: Faciənin əsl səbəbi - Video
-
Nida Xəbər 9 Sentyabr 20:12Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirildi
-
Hadisə9 Sentyabr 18:10Toyda kütləvi zəhərlənmənin səbəbi açıqlandı
-
Dünya9 Sentyabr 15:43Batumidən qalxdı, Türkiyə sahillərində dənizə endi - Təyyarədən xəbər yoxdur
-
Sosial9 Sentyabr 15:14Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTO
-
Rəsmi xronika9 Sentyabr 15:11İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb











.jpg)










.jpg)



.jpg)



.png)





