Sosial
Onlayn zinət əşyaları alarkən aldanmayın: Bunlara fikir verin
Bir neçə kliklə qarşınızda turmalin, sapfir, qranat, şpinel və zümrüdlərlə bəzədilmiş saysız-hesabsız zinət əşyaları açılır. Lakin bu cazibədar onlayn vitrinin arxasında alıcıların tez-tez diqqət etmədiyi ciddi risklər gizlənir.
Publika.az xəbər verir ki, gemoloq Olqa Melikyan "Sputnik" radiosunun efirində onlayn alış zamanı daşların real görünüşünü düzgün qiymətləndirməyin çətin olduğunu bildirib. Onun sözlərinə görə, internetdə alıcı yalnız şəkilə baxaraq seçim edir və bu zaman daşın “canlı” parlaqlığını və rəng oyununu görmək imkanı itir.
Ekspert vurğulayıb ki, ilk növbədə şəkilin hansı işıqlandırmada çəkildiyinə diqqət yetirilməlidir. Güclü studiya işıqları altında çəkilən daşlar reallıqdan daha parlaq və daha doymuş rəngdə görünə bilər.
“Peşəkar zərgərlik çəkilişləri daşın parlaqlığını və rəngini süni şəkildə artırır”, - deyə o qeyd edib.
Melikyan əlavə edib ki, dürüst təqdimat üçün daş müxtəlif şəraitlərdə - gün işığında, kölgədə, günəş altında və fərqli işıq tonlarında (sarı, ağ, neytral) göstərilməlidir.
Digər mühüm məqam isə makro çəkilişdir. Müasir kameralar daşları onlarla dəfə böyüdərək daha effektli görüntü yaradır, lakin bu, bəzən alıcıda yanlış təsəvvür formalaşdırır.
Gemoloqun fikrincə, şəkillərlə müqayisədə video daha etibarlı məlumat verir. Video vasitəsilə daşın parlaqlığı və rəng dəyişimi daha real görünür.
Bundan əlavə, fon da diqqətdən kənarda qalmamalıdır. Əgər videoda satıcının əl dərisi qeyri-təbii, həddindən artıq parlaq görünürsə, bu, filtrdən istifadə edildiyinə işarə ola bilər.
Ekspert sonda ən vacib məqam olan sənədlərə də toxunub. Onun sözlərinə görə, gemoloji sertifikat olmadan qiymətli daş almaq böyük riskdir və belə alışlar alıcı üçün ciddi problemlərə səbəb ola bilər.
Müəllif: Adəm
-
Hadisə22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi



























.jpg)






.jpg)

.jpg)
