İdman
Mourinyo yenidən “Real”da? - ŞOK İDDİA
“Benfika”nın baş məşqçisi Joze Mourinyo yenidən “Real”a qayıda bilər.
Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 63 yaşlı mütəxəssis Madrid klubunda baş məşqçi postuna əsas namizəddir. “Real”ın prezidenti Florentino Peres artıq onunla danışıqlara başlayıb. Mourinyonun “Benfika” ilə müqaviləsində 3 milyon avro məbləğində sərbəstqalma bəndi var.
Portuqaliyalı məşqçi daha əvvəl 2010–2013-cü illərdə “Real”a rəhbərlik edib və bu müddətdə komanda ilə İspaniya çempionluğunu, ölkə kubokunu və Superkuboku qazanıb.
Qeyd edək ki, hazırda Madrid təmsilçisini yanvar ayında Xabi Alonsonun istefasından sonra təyin olunan Alvaro Arbeloa çalışdırır.
Heybət
-
Sağlamlıq13:35Həkimdən gecələr telefona baxanlara xəbərdarlıq
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:5318 milyonluq alma yoxa çıxdı - Biznesmenden film kimi cinayət
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"
-
Hadisə11:30Özünü prokuror kimi təqdim edən şəxs həbs edildi
-
İdman09:18Rusiyada güclü zəlzələ oldu
-
İdman09:09DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya məğlub oldu - YENİLƏNİB
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi






































