Sosial
BDYP: Bu il yol qəzalarında ölənlərin 32,1 faizi kəmər bağlamayıb
2026-cı ilin 10 ayı ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 30,9 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub.
Publika.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda qeyd olunub.
Bildiirlib ki, təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri qoruyan əsas vasitə olaraq qalır. Dəfələrlə təsdiq olunub ki, kəmərdən istifadə edənlər yol qəzası zamanı daha yüngül xəsarət alır, bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır.
"Ötən gün Şəmkirdə iki gəncin həlak olması, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təhlili bir daha göstərir ki, bir necə dəfə aşaraq yol kənarına yuvarlanan avtomobildə təhlükəsizlik kəmərindən istifadə edilsəydi, qəzanın ağırlıq dərəcəsi əhəmiyyətli dərəcədə azalar, arzular yarıda qalmazdı.
Qanuna əsasən sürücü və sərnişin təhülkəsizlik kəmərini bağlamaq vəzifəsi daşıyırlar. Sərnişinin təhlükəsizlik kəmərlərini bağlamasına nail olan sürücü isə həm qanunun tələbini yerinə yetirir, həm də gələcəkdə özü üçün yarana biləcək hüquqi problemlərin qarşısını alır.
Sərnişinlər də təhülkəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olur.
Unutmayaq! Avtomobildə təhlükəsizlik kəməri bizi həyata bağlayan bağdır!" - deyə məlumatda qeyd olunub.
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı




































